#burnsteem25 #club100: The Diary Game| Rəsm günü. 24.07.2022

in Steemit Azerbaijan☪✔2 years ago

Salam , axşamınız xeyir. Necəsiniz? Burda hava pis keçir, ara vermir yağışlar. Bütün ilham pərilərinin yağışlı gündə gəldiyini bilirdinizmi? Bizdə də elə oldu :) Səhərdən qonaq getmişdik. Qonaq getməyi o qədər də xoşlamasam da məcburiyyətində idim.

IMG_20220724_211332.jpg

İndiki süfrələr qab-qacaq yığınından başqa bir şey deyil. Süfrə üstündə əl basmağa yer olmur qab - qacaq əlindən. Nəysə ki, evdə hazır yeməyimiz var idi. Qonaq getdiyimiz yer evimizdən təxminən 5 kilometr uzaqda yerləşdiyini və bizim oradan piyada gəldiyimizi də mənzərəyə əlavə etsək.

IMG_20220723_182245.jpg

Günün ikinci hissəsi çox səmərəli keçdi. Günlərdir məndən qaçan ilham pərim geri döndü nəhayət. Onları qaçırmadan işə qoyuldum. Fırçalarımı topladım. Hardasa 30 - a yaxın fırçam var. Uzun müddət idi ki, boyalarla rəsm çəkmirdim.

IMG-20220724-WA0083.jpg

Rəsm çəkmə ortamım haqqında danışmasam daha yaxşıdır. Evdəkilərdən az qala yazılı şəkildə iltizam alıram ki, dağınıqlığa görə deyinməsinlər. Buna nail oldum sayılmaz. Jurnal stolu tanamilə bomba partlamış kimi görünür. Aləm dəyib bir birinə.

Screenshot_20220724_211204.jpg

Bu arada keks də bişirməli oldum. Özümün bircə o işimdən xoşum gəlir ki, şirniyyat bişirmək gözümü almır. Günün hansı vaxtı olur, olsun, əgər əlimin altında məhsullar varsa usanmadan şirniyyat bişirə bilirəm. Bu işin də bir çatışmayan cəhəti var. O da bu prosesdən sonra yığılan qabları yumaq. Keksi bişirdim. Bir çay dəmləyib işimin başına döndüm.

IMG_20220724_210546.jpg

Rəsmimi bitirdim. Məncə, o qədər də pis alınmadı. Otağımın divarına daha bir rəsm əlavə olunacaq.

IMG-20220724-WA0034.jpg

Deyilənə görə rəsmdə xırda qüsurlar var. Məsələn güllərdən irəlidəki yaşıllıqda detaylı işləməliyəm. Yəni santimetrlərlə. Mənim də bir adətim var ki, beynimdə o işi yekunlaşdırmışamsa artıq oraya qayıda bilmirəm. Yəqin ki, o qüsurları təzədən işləyib düzəltməyəm çalışmayacağam. Siz də onu bu cür qəbul edin. Mən bu günü çox sevdim. Şeytanın qıçını qırdığım üçün. İlham pərilərimin mənə geri döndüyü üçün. Oxuduğunuz və izlədiyiniz üçün təşəkkürlər. Özünüzə göz qulaq olun.

@gulaybagirzade
25% to @null

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 62205.55
ETH 2397.85
USDT 1.00
SBD 2.50