Boz.

in Steemit Azerbaijan☪✔5 years ago

Biz hər şeyə nəsə məna yükləyirik, bu bir hadisə olsun, əşya olsun, sadə bir anlayış olsun, fərq etmir. Məna yükləmək məsələsi bizim "doğa"mızda var ))

IMG_20200911_184627.jpg

Bəs boz rəngin mənası nədir bizə görə? Çox insan bu rəngi sıxıcı, boğucu hesab edir. Normal, monoton, tərəfsiz bir rəngdir boz, bəzilərinə görə. Bəs bu rəng niyə insanlara mənfi təsir bağışlayır?

Çünki boz insanların pis olduğunu düşündükləri anlarda, yerlərdə, əşyalarda önünə çıxır. Yolda önümüzə çıxan lazımsız daşların, təmizlik edəndə sildiyimiz tozların, ocaq yanandan sonra yerində qalan külün, rəsmdə səhv edib pozanla sildiyimizdə kağızda qalan karandaş izlərinin rəngidir boz. Göy üzü yağış yağmazdan əvvəl boza bürünür, insanlar qocalmağa başlayanda saçları boz olur, bir az da buna görə bu rəngə hüzn anlamı yükləyirlər.

IMG_20200912_145704.jpg

Boz, əslində, tərəfsizlikdir. Nə ağ deyil, nə də qara. Nə hüzn deyil, nə də hüzur. Nə "pis" deyil, nə də "yaxşı". Bizi ağ və qara kimi kəskin seçimlər arasında qoymur.

Screenshot_20211105-230754_Photos.jpg

"Boz xarakteri" olan insanlar sakit insanlardı, hadisələrə daxil olmağı sevmirlər. Buna görə də, boz içə qapanıq insanların rəngidi. Özümdən bilirəm :)

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.079
BTC 61335.03
ETH 1628.31
USDT 1.00
SBD 0.41