Adaptasiya.

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemit Azərbaycan. Necəsiniz? Bakı məni "soyuq" qarşıladı. İnsanlarını demirəm, çünki hələ bilmirəm. Axır ki, dünən anam soruşur ki, qonşuları tanıyırsızmı? Deyirəm, yox. Ümumiyyətlə, eşitdiyimə görə Bakıda qonşu məfhumu rayondakı kimi deyil. Qonşu dediyin qonşuya isti təndir çörəyindən verər, meyvəsindən verər. Həyətinə keçən toyuğunu kişləyib çıxarar. Suyunu kəsər, ya heç kəsməz. Haradan hara getdik:) Bakı ilə tanışlığım Axundov adına kitabxananı axtarıb tapmaq və oraya üzv olmaqdan başladı. Evimizdən kitab gətirmişdim oxumağa. Hələ ki, dərslərimiz başlamayıb vaxtım var oxumağa.

IMG-20211002-WA0032.jpg

Bu əsəri anam məsləhət gördü oxumağa. Viktor Hüqonun əsərlərinin bir xüsusiyyəti var. Hadisələrə dalmaq üçün geniş zaman ayırır. Yəni giriş hissə çox yer tutur. Ümumiyyətlə, xarici ədəbiyyatı mütaliə etməyi sevirəm. İrvinq Stounun "Yaşamaq yanğısı" əsərinin təsiri hələ ruhumdadı. Van Qoqun faciəsini mən də yaşadım.
Deməli, kitabxanaya üz tutdum. O güzgüsü sınıq liftdə şəkil çəkdirmək bir ənənə halını alıb məndə😄

IMG-20211001-WA0037.jpg

Sonra da metro ilə düz kitabxanaya üz tutdum. Metro da sevimli məkanlarımdan biri olacaq. Çünki istini sevirəm. Çöldə çiskin yağış içəridə isti havanı elə sevdirir ki. Oturmağa yer də oldu, bu sevgi birə beş artır:)

IMG-20211001-WA0039.jpg

Axundov adına kitabxana başdan ayağa hüzur saçır. Həqiqətən kitablar insanın ən güvənli dostlarıdı. Dostun yeri də baş ucunda olmalıdı. Kitabxana xoşuma gəldi.

IMG-20211001-WA0044.jpg

IMG-20211001-WA0043.jpg

IMG-20211001-WA0045.jpg

Və nəhayət kitabxanaya üzvlük kartım. Hamıdan rica edirəm ki, karta baxsınlar, dırnağımın pozulmuş lakına yox:)

IMG-20211001-WA0050.jpg

Bu günlük bu qədər, oxuduğunuz üçün təşəkkürlər 😊

Sort:  

Salam. Ümumiyyetle bakida tek qonsuluq munasibetleri deyil cox munasibetler pozulub. Esasda insani munasibetler . Yasli insana qarsi olan etrafa qarsi olan .Boyuk seher olsada bezi insanlar xarakterce kicikdiler . Xos gelmisen bakiya ama diqqetli ol . Tez guvenme insanlara bu sadece tövsiyedir

 3 years ago 

Bunu hamı deyir. Çox təəssüf ki, əməl etməli olacağam. Təşəkkür edirəm.

Xoşdu . Tehsilde ve heyatda Ugurlar

 3 years ago 

Bakı, Mədəniyyətsiz insanlar diyarı.

 3 years ago 

Artıq bir çox şeyləri hiss etmıkdəyəm. Burada çox ehtiyatlı olmağımı çox adam tapşırıb.

Ukraynada yaşayıram 3 ay əvvəl gəzmək üçün gəldim bakıya bir ömür gəlməməm üçün bəs etdi ...

 3 years ago 

Dayım oğlu Ukraynada yaşayır. Lvov şəhərində. Çox məmnundu oralardan)

 3 years ago 

Aaa Lviv bizim şəhərdir. Adı nədir, bəlkə də tanıyırıq.

 3 years ago 

Uğurlar Gülay. Qorxuzdurma özüvü, yaxşısız pis, pissiz yaxşı olmur. Sən yaxşı olduğun üçün, qarşında, ətrafında yaxşılar olacaq İNŞAALLAH.

 3 years ago 

Mən qoçaq imişəm. Özüm haqqında çox aşağı fikirdə idim gələnə qədər)

 3 years ago 

Aleykum SALAM. Soyuq qarşılamağı bir tərəfdən yaxşıdır, bərkiməyin üçün fürsətdir) O kitabxana, tələbəlik xatirələrimlə dolu anlar. Kövrəldim yaaa😔 ALLAH zehin açıqlığı versin, dərslərində uğurlar AMİN🤲
Qonşuluq mövzusu təkcə şəhər, kənd fərq etmir. İnsanlar çox dəyişdi. Zəmanə yox, həmin saniyə, dəqiqə ay, il.. Sadəcə insanlardır dəyişən. Məzinin sualından əsər əlamət qalmayıb. "Uzaq qohum yaxşıdır, yoxsa yaxın qonşu". Köhnə fikirli olduğuma görə deəydimki, yaxın qonşu artıq onu da deyə bilmirəm.Çox təəssüfki, indiki cəmiyyət müvəqqəti şeylər üstünlük verirlər və buna görə də qarşısındakını bu keyfiyyətlərə görə qiymətləndirirlər. Yəni, pulun, varın, dövlətin varsa, deməli binada, məhlədə ən yaxşı, ən hörmətli sənsən..Nəisə hələlik bu qədər.

 3 years ago 

Rayonda qonşuluq münasibətləri qorunub saxlanılır. Böyüklərin mənə təqdim etdiyi kimi yəni)

 3 years ago 

Bir yazar üçün kitabları sevən tələbə postunu oxumaqdan gözəl nə ola bilər?)
Uğurlar Gülay qızımıza! Axundov kitabxanasının sehrli ruhundan mütləq qidalanacaqsan.

Mənə yazıb kitabxanaya getmək istədiyini deyəndə o qədər sevindim ki)

 3 years ago 

Mən kitab oxumaqda o qədər səbirsizəm ki, oxuya bilmirem.Uzağı 1 vərəq yada hansısa qarşıma çixan bir nöqtədə bitirirəm.

Səsli kitablar olmasını istərdim.Kitabı açırsan başdıyır həriflər hərəkətə gəlməyə.

 3 years ago 

Ahh, kitab oxuyan bir qadından daha gözəl gözəl nə ola bilər ki?
P.s kitab yazan qadın

Hüqonun "Bir edam məhkumunun son günü" adlı əsərini şiddətlə tövsiyə edirəm. Ən azından orda çox uzatmayıb. Mən Hüqonu düzünü desəm çox sevmirəm. Çünki o "Səfillər" kitabını yazmaq üçün bığını qırxaraq 1 ay özünü evə məhkum edib. O vaxtlar bığsız kişilərə pis baxırlarmış, yəni bu insan özünü məcbur edib Səfilləri yazmağa:( Səfillər yaxşı kitabdır amma mən daha yaxşı kitablar oxumuşam.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 62817.54
ETH 2573.14
USDT 1.00
SBD 2.74