Protez dişlər
Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.
Dişlərin insan sağlamlığında çox mühüm rolu var. Hər şey qida ağıza düşdükdən sonra başlayır. Qida ağıza düşərkən, beyin əmr verir ki, zavod işə düşsün. Bəli, düz eşitdiniz məhz zavod. Həqiqətən də bir zavodun görəcəyi iş baş verir. O vaxta kimi iş gedir ki, qidanın tərkibindəki vitamin və ya makro, mikro elementlər lazım olan yerə, qalanı isə "atxoda" gedir. Deyirəm əvvəllər dişlərin çəkilməsi, protezlərin olmaması insanlara çox çətinliklər yaradıb.
İlk protez dişlər XIII əsrin ortalarında taxtadan hazırlanıb. Sonralar mumdan istifadə olunub. O vaxtlar protez dişlərin düzəldilməsində fil sümüyündən, buynuzdan istifadə edirdilər. İnkişaf getdikcə bu sahəyə maraq artdı. Titan, qızıl, plastmas qapaqlar hazırlanmağa başlandı. Hal hazırda stomotoloq sahəsi çox inkişaf edib. İndi hər növ protezlər var, hətta diş də əkirlər. Əvvəllər diş həkimləri indiki qədər çox deyildi. Şəhərin hər yerində stomotoloq var. Yaxşı həkimlər, diş texnikləri var. Yaşa dolduqca dişlər tökülür. Nə yaxşı ki, bu protezlər var, yoxsa insanlar necə yemək yeyərdilər.