Dərzi
Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.
Dərzi sənətinin tarixi olduqca qədim dövrlərə gedib çıxır. Demək olar ki, insan yaranan zamanlardan bu sənət də yaranıb. Zaman keçdikcə, bu sənət də inkişaf edib. Qədimlərdə şahların, şahzadələrin, bütün saray əhlinin şəxsi dərziləri olub. Əvvəllər hər bir paltar əl ilə tikilər və toxunardı. Dərzi sənəti həm zövqlü, həm inçə, həm maraqlı, həm də hörmətli idi. İndi belə deyil, çünki hazır paltarlar daha çox satılır və ucuz başa gəlir. İndi çox az adam nə isə tikdirdir. Ançaq müğənnilər, səhnə adamları və varlı adamlar paltar tikdirdir. Sovetlər dönəmində dərzi sənəti çox gəlirli bir sənət idi. Dərzilər çox yaxşı qazanc əldə edirdilər.
Hal hazırda da dərzi sexləri var və həmişə də olacaq. Bu sənətə hər bir zaman təlabat var. Düzdür, əvvəlki kimi qazanmasalar da dolanırlar. Əslində dərzi paltar biçib-tikən insana deyirlər.