The Diary Game -Better Life Season 3 | 17.11.2021 | Avropa Səyahəti - İlk dayanacaq "Krakow"
Salam əziz Steem Azerbaijan ailəsi. Biraz keçmişə qayıdaraq, sizə öz Avropa səyahətlərimdən paylaşacam. O möhtəşəm zamanlardan, hansı ki hələ 2019 idi, dünya da bu lənət virus və karantin yox idi. Həm bəlkə beləliklə motive etdim. Yazıları səyahətdən sonra yazmışdım.
Ukrayna da yaşayanlar olaraq, Polşa bizim üçün avropaya giriş qapısıdır. Ölkənin tarixi faktları barəda danışmağıma ehtiyac yoxdur. Mən sadəcə hər zaman olduğu kimi öz tərəfimdən, mənim gözümlə görünənləri yazacam.
Ukraynalılar polyakları soyuq, vecsiz və kobud görürlər. Ancaq mən heç qatılmıram bu fikrə çünki hər bir ölkə də həm yaxşı, həm də pis insanlar olur. Üstəlik hansı kafeyə girdimsə, qarşım da gülərüz və savadlı insanlar gördüm. Əksəriyyətin orta səviyyə də ingiliscəsi var idi.
Krakowun küçələri Lvivə çox bənzədiyi üçün, qətiyyən özümü şəhər də yad kimi hiss etmədim. İnsanları çox dəbli geyinmişdi və bu mənim çox xoşuma gəldi. Hər tərəf rəngarəg idi. Przyemsl şəhəri də çox gözəl idi, hələ tortunu heç demirəm :P Polşanın hələki gəzdiyim hər iki şəhərini də bəyəndim və fürsət düşən kimi yenə gedəcəm.
Follow me on Instagram: You can get acquainted with many delicious recipes
safplanet
Follow me on YouTube:
safplanet
Follow me on D.Tube:
safplanet
Bütün fotoşəkillərin müəllifi mənəm və Redmi cib telefonu ilə çəkilib
About the Author