The Diary Game -Better Life Season 3 | 14.11.2021 | DAİLY BLOG 1
Salam əziz Steem Azerbaijan ailəsi. Ümid edirəm hər kəs ürəyincə həftə sonu keçirib. Biz də Rəcəblə çox gözəl həftə sonu keçirmişik və sizinlə paylaşmaq üçün səbrsizlənirəm.
Səhər oyanıb, dadlı və favori yeməyimizi yedik. Ən əsası yaxşıca yata bilmişdik. Sonra yır yığış edib, Rəcəb getdi saç ustasının yanına mən də lazerə.
Sonra işləri bitirib, getdik Al Divan restoranına. Restoranın sahibi Sarita, bizim mağazaya eco-friendly məhsullar gətirir. Keçən gün gələndə dedi ki, Fatima restoranda sizin üçün vegetarian yeməkləri veqan edə bilərik. Biz də getdik Veggy combonu seçdik, qiyməti 15 manat və qiymətə daxildir: mərcimək şorbası, salat, düyü, bir boşqab noxud yeməyi , souslu kartof və şirniyyat ilə çay. Şirniyyat veqan olmadığı üçün biz istəmədik. Qalan hər şey əla idi.
Sonra Sevda bizə qoşuldu çünki axşama yaxın dostumuz Fəridə Flora hostel də çıxış edəcəkdi. Gəzə-gəzə başladıq Floraya doğru addımlamağa. Yolda qarşımıza çox fərqli mağaza çıxdı. İçərisi möhtəşəm və yaradıcı məhsullarla dolu idi, buyurun siz də baxın.
Sonra Floraya getdik. Qızlar çox möhtəşəm oxudu, Fəridə çox estetik rəqs etdi. Çay içdik, birinci hissə bitdi və biz donduq. Çünki konsert çöldə idi. Rəcəb dedi gedək İmeretiyə həm yemək yeyək, həm də isinək. Yol üstü Kontinentaldan veqan xama alıb, getdikcə İmeretiyə. Çox sevdik oranı, adam özünü rahat və xoşbəxt hiss edirdi. Yarpaq xəngəli istədik, üstündə də soğan və pomidor. Yedik doyduq, Sevda və qardaşı gəldi.
Onlarla birlikdə getdik Unitedcoffeebeans-ə. Soya südü ilə isti şokolad və veqan tort sifariş etdik. O qədər dadlı idi ki, bu axşam yenə gedəcəyik :)
Sonra gəldik evə, yaxşıca dincəldik :)