The Diary Game -Better Life Season 3 - 03.09.2021 Veqan pendir axtarışında

in Steemit Azerbaijan☪✔3 years ago

Salam Steemit Azərbaycan ailəsi. Hamınıza sevgi dolu gün arzulayıram. İstərdim ki, bu gün yaşadıqlarımı sizlərlə bölüşüm. Səhər yuxudan durub, çox doyumlu səhər yeməyimizi yedik. Bizim səhər yeməyimiz tez-tez dəyişir çünki yoldaşım da mən də fərqliliyi çox sevirik. Bu həftə biz səhər yeməyində veqan qoğal yeməyi seçmişik. Veqan qoğalın adi qoğaldan fərqi odur ki, tərkibində heyvan mənşəli süd, kərə yağı və yaxud yumurta olmur. Süd əvəzinə yulaf südü, yumurta əvəzinə kətan toxumu, və kərə yağı əvəzinə bitki yağı tökülərək bişirilir. Yeməyimizi yedikdən sonra çox sevdiyim yoldaşımı işə yola saldım. Sonra özüm də evdə xırda işləri görüb, işə hazırlaşdım. Bu gün böyük gündür, çünki mağazamızı köçürürük. Veqan mağazamız artıq həm də kafe kimi fəaliyyət göstərəcək. Bu səbəblə daha geniş yerə köçürük.

IMG_20210901_100339.jpg

Mağazaya çatdım, müdirim, iş yoldaşım və veqan dostlarımla birlikdə kədərlənərək bir-bir ərzaqları toplamağa və köçməyə başladıq.

IMG-20210901-WA0015.jpg

Bu köçdüyümüz mağaza Azərbaycan da açılan ilk veqan mağaza idi, bu səbəblə içərisində bir çox xatirələr var. Hələ bu divarda nə qədər veqan dostlarımızın izləri var. Həmçinin mənim də :)

IMG_20210901_140336.jpg

Müdirim Vüsalə, hədsiz çox sevdiyim bir insandır, hamıya onun kimi müdir arzulayıram. Həm çox intellektual həm də möhtəşəm insani xüsusiyyətlərə malik insandır. Birazdan silinəcək olan divarın şəklini çəkməyə çalışır :)

IMG_20210901_140302.jpg

Deyib gülərək, bir saat ərzində rəfləri boşaltdıq, sonra da deyirlər ki, veqanlar/qadınlar gücsüz olur ah bu cinsiyyətci absurd deyimlər yoxmu?!..

IMG-20210901-WA0026.jpg

Sonra iş yoldaşım dedi ki, Suraxanı bazarında İran nemətləri mağazası var və orda 1.40 qəpiyə veqan pendir satırlar gedək ora baxaq. Mən də dedim ki, yaxşı gedək çünki Rəcəb işdə olduğu üçün,evə getmək istəmirdim, o evdə olmayanda çox darıxıram.
Hər nə isə, müdirim dedi ki, Suraxanı uzaqdır, gəlin gedək Nizamiyə, orda İran nemətləri mağazası çoxdur, ora baxaq əgər olmasa gedin Suraxanıya. Müdirim və iş yoldaşlarımla düşdük yola. Bir neçə mağazaya baxdıq, çox gözəl bitkilər, ədviyyatlar və meyvələr var idi amma veqan pendir tapa bilmirdik.

IMG_20210901_171356.jpg

Yol boyu gördüyümüz bütün İran nemətləri mağazalarına girdik. Yolda qarşımıza qutab satan bir xanım çıxdı, biz də açmışdıq qutab yedik yol üstü, çox dadlı idi. Adətən qutablara kərə yağı vurulur amma biz xahiş etdik ki, bizim qutabları yağlamasın.

IMG_20210901_172316_731.webp

Qutabı yedik, müdirim Vüsalə getdi evə çünki evdə onu gözləyən iki uşağı var. Biz isə Samira, Alp və mən getdik ulduz stansiyasına. Ordan 184 nömrəli avtobusa oturub, getdik bir başa Suraxanı bazarına.

IMG_20210901_172248_743.webp

IMG_20210901_183304.jpg

İran nemətləri mağazasına yaxınlaşdıq və gördük ki, vua la la, pendir var. Başladıq sevincimizi göstərməyə, hərəmiz 10 ədəd pendir götürdük, üstəlik digər veqan dostlarımız üçün də götürdük. Elə xoşbəxt idik ki, pendiri tapdığımıza, mağaza işçiləri bizə gülürdü :) Əslində onları başa düşürdük çünki özümüzü görməmiş kimi aparırdıq. Amma bizi də başa düşmək olardı çünki 1.40 qəpiyə veqan pendir tapmaq, Azərbaycan kimi bir ölkədə möcüzə kimi bir şeydir.

IMG_20210901_183614.jpg

Toplam 60 ədəd veqan pendir alaraq, qayıtdıq də evimizə. Yasamala çatıb, evə lazım olan meyvə-tərəvəzləri də aldım, sonra uzanıb dincəldim. Daha sonra Rəcəb gəldi işdən, pendirin dadına baxdıq, çox bəyəndik.

IMG-20210901-WA0070.jpg

IMG-20210901-WA0140.jpeg

IMG_20210901_212245.jpg

IMG_20210901_221804.jpg

Daha sonra oturub bu yazıları yazdım və yatdım:)

Sort:  
 3 years ago 

Həqiqətən çox dadlı idi pendir. Əllərinə sağlıq yazıb yaratmısan

 3 years ago 

Can, nuş olsun sevgilim. Çox təşəkkür edirəm ❣️

 3 years ago 

Çox gözəl macəra yaşamısız. Yeni məkan da mübarəkdi, xeyirli olsun AMİN 🤲

 3 years ago 

Çox təşəkkür edirəm 💚

 3 years ago 

Buyurun xoşdur.

Ay vallah, süd qatıq yeyin, ət zad. Çox dadlıdırlar🤭

 3 years ago 

Mən artıq 6 ildir yemirəm və istəmirəm. Çünki məncə düzgün deyil heyvanı öldürüb onun cəsədini yemək :( Həm biz daha dadlı və etik yeməklər yeyirik. Üstəlik biz də qatıq, süd yeyirik amma bitki mənşəli olanlar. Həm heyvan mənşəli süd məhsullarında insanın sağlamlığına mənfi təsir göstərən xolesterin və yağlar var.

 3 years ago 

Əsl veqan fikridir. Yalnış anlamayın. Canlı- cansız məsələsinə qalsa bitkilər də canldırlar. Onu əzib sokunu çıxartmaq, doğram- doğram etmək Sizcə bitkiyə əziyyət etmək deyilmi?😉😇

Orxan, gəl, bunlar məni dünyadan küsdürəcək🤭

 3 years ago 

Özümdən asılı deyil. Üzməyi bacarmasam da dərinliyə gedənəm)) Şaban abimiz demişkən : "Huyum kurusun. Çok sərtimdimdir, bilakiz də kibarıb. İyi dans və ısrar ederim "🤨😊😉

 3 years ago 

:D bitkilər canlıdır bəli, ancaq bitkilərin heyvanlardan fərqli olaraq sinir sistemləei olmur. Yəni onlar ağrı acı hiss etmirlər. Bu bir faktdır :) Ancaq heyvanlar hiss edirlər. Çünki onlar da bizim kimi doğub doğulurlar .Biz veqan ailə olaraq, özümüzə sakitcə bitki, tərəvəz və meyvələrimizi yeyib, xoşbəxt, sağlam və vicdanımız rahat şəkildə yaşayırıq. Hamıya da gözəl həyat arzulayırıq.

 3 years ago 

Sinir sistemi olmaması hissiyatın olmaması demək deyildir. Necə ki, təbiətin dəyişkənliyinə uyğun dəyişməsi solması, rəngarəng olması özü bir hissdir. Şəxsi seçimidir. Çox gözəl. Sadəcə mən də öz fikirlərimi Sizinlə bölüşürəm(bəlkə də maraqlı deyil😊) Nədəki, fikrim o deyilki, nəyisə sübut edim. MAŞALLAH olsun həyatda hər şey göz qabağındadır. Fikirlərinizə hər zaman hörmətlə yanaşmışam və yanaşcağam da. Humanistlik deməzdim, sadəcə ALLAH tərəfindən insana bəxş olunmuş bir fitrətdir, dinindən, cinsindən, irqindən, yaşından asılı olmayaraq hər bir insan qarşısındakına hörmət etməli, fikirlərinə hörmətlə yanaşmalıdır. Qarşısındakı şəxs hətta düşməni olsa belə yenə də hörmət etməlidir.

 3 years ago 

Əlbəttə bir-birimizə qarşı nəzakətli olmalıyıq çünki bizə aid olan həyatı biz yaşayırıq, bir başqası yox. Sadəcə mən 6 ildir veqanam və daha öncədə çox araşdırmışam bu sahəni. Heyvan yeməyin etik olmamasını qoyuram bir kənara, dünyadakı insanları doyurmaq üçün, heyvanları hansı şəraitdə necə çoxaltdıqlarından bir çoxumuzun xəbəri yoxdur. Rayon yerlərində heyvanlar rahat bir şəkildə yaşayır( ta ki, boğazları kəsinələ qədər) amma bu fabrikdə yetişdirilən heyvanlar üçün keçərli deyil axı :( Bir kilo ət üçün biz dünyamızın azalan su ehtiyatını daha da azaldırıq və hava çirkliyinin böyük bir hissəni heyvan fabriklərindən çıxan qazla kirlənir. Belə oturub, rahat öyrəşdiyimiz həyatı yaşasaq da, bizə ev sahibliyi edən dünyamızın sonunu gətirdiyimizdən xəbərsizik. Biz veqanlıqdan əlavə, plastik istifadə etmirik ( Özümüzün kətan çantaları var alış-verişi elə edirik. Bacardığımız qədər təbiət dostu məhsullardan istifadə edirik, ətraf mühitin təmizliyinə də bacardığımız qədər diqqət edirik. Sizə bir neçə sənədli film tövsiyyə etmək istərdim : Earthlings, Cowspiracy, A plastic Ocean, Food inc, What the health, Food choice, Vegan 2017.

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.032
BTC 61232.75
ETH 2977.74
USDT 1.00
SBD 3.60