sfcharity50pc | Vegan Lahmacun by @fatimasabirli

in SteemFoods3 years ago

Hamıya kainatın gözəlliklərini arzulayıram.Bu gün sizinlə çoxumuzun sevimli yeməyi olan lahmacun resepti paylaşacam. Ancaq bildiyiniz kimi biz veqan ailə olduğumuz üçün, bu resepti də özümüzə uyğun, etik şəkildə hazırlayacam. Çox uzatmadan keçək reseptə

IMG-20210910-WA0027.jpg

Xəmir üçün lazım olan inqrediyentlər:
200 qr un
1 ç.q duz
2 ç.q quru maya
40 ml bitki yağı
50 ml ilıq su ( lazım olsa, biraz da əlavə etmək olar)

IMG-20210910-WA0034.jpg

İçlik üçün lazım olan inqrediyentlər:
150 qr soya qiyməsi
1 ədəd böyük boy soğan
2 ədəd pomidor
2 ədəd bibər
1 dəstə cəfəri
2 ç.q tomat pastası
3 diş sarımsaq
2 x.q duz
1 x.q istiot
1 x.q paprika
1 x.q sarımsaq tozu
100 ml bitki yağı

IMG-20210910-WA0022.jpg

İlk öncə xəmiri hazırlayaq Unun üzərinə mayanı, duzu əlavə edib qarışdırın. Daha sonra ortasında yer açın və yağı və suyu töküb qarışdırın. Daha sonra xəmiri yoğurub, üzərini ya streçlə ya da dəsmalla bağlayın. Təxminən yarım saat qalsın.

IMG-20210910-WA0033.jpg

IMG-20210910-WA0032.jpg

İçlik üçün isə, ilk öncə soya qiyməsinin üzərinə qaynar su tökün, 20 dəqiqə qalsın. Sonra bütün tərəvəzləri xırda-xırda doğrayın və əlinizlə suyunu sıxın ( çünki suyu daha sonra xəmiri cıra bilər ). Soya qiyməsinin də suyunu süzüb, tərəvəzlər, ədviyyatlar, yağ və tomat pastası ilə yaxşıca yoğurun.

IMG-20210910-WA0023.jpg

IMG-20210910-WA0024.jpg

IMG-20210910-WA0031.jpg

Daha sonra şişmiş xəmiri iki hissəyə bölün ( ya da istədiyiniz ölçülərə) və açın.

IMG-20210910-WA0030.jpg

Bişirmə kağızının üzərinə qoyun və hazır içliyi xəmirin üzərinə yayın.

IMG-20210910-WA0029.jpg

IMG-20210910-WA0025.jpg

180 dərəcəli sobada 25-30 dəqiqə bişirin

IMG-20210910-WA0028.jpg

Bişdikdən sonra üzərinə cəfəri, limon və sumaxlı soğan qoyub, nuş edin.

IMG-20210910-WA0026.jpg

Sonda, bu prestijli cəmiyyətə @steemfoods@alikoc07 -yə bizə reseptlərimizi öyrənib paylaşa biləcəyimiz bu məkanı təqdim etdikləri üçün təşəkkür etmək istəyirəm.

Bu yazıdan əldə edilən mükafatların 50% -i, ehtiyacı olanlara kömək etmək və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına gedir.

Bütün fotoşəkillərin müəllifi mənəm və Redmi cib telefonu ilə çəkilib

Sort:  

Hi : @fatimasabirli

Thank you very much for sharing your quality content in detail on the SteemFoods Community. -We gave 40% support to this post on the steemitfoods account. Congratulations ! Keep producing content in the SteemFoods Community. :)

You can support the SteemFoods Community by delegating to the -steemitfoods account. You can quickly delegate using the links below.If you are already delegating,thanks for your support. It is an automatic information message.

Quick Delegation Links:

50SP 100SP 250SP 500SP1000SP2500SP

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63657.90
ETH 2656.15
USDT 1.00
SBD 2.84