Narı necə seçək?

in Steemit Azerbaijan☪✔3 years ago

Bu yazını yazmaqda məqsədim öyrəndiyim bilgini sizinlə də paylaşmaqdır. İlk öncə bir daha xatırladım ki, nar su sevməyən quru subtropik iqlim şəraitində daha yaxşı bar verən meyvədir. Narın faydalarından danışmayacağam. İnternetdə bunun haqqında saysız məqalə tapmaq olar. Bildiyiniz kimi Azərbaycanın yerləşdiyi təbii şəraitinə görə bir çox iqlim tipini özündə əks etdirir. Göyçay dağlıq və dağətəyi quru subtropik ərazidə yerləşdiyi üçün Narçılıq üçün təbi şəraitə daha uyğundur.

20211003_115458.jpg

20211003_115431.jpg

Mən rayonun şəhər hissəsində yaşadığım üçün narı kənddən qohumlardan alırıq. Keçim əsas mətləbə. Mən narı seçə bilmirdim. Evin xanımı şəhərə yaxın olan Şəhadət-Qarabağlar kəndindəndir. Həyətyanı sahələri böyük nar bağıdır. Narı çox yaxşı seçirlər hamısı. Mənə də öyrətdilər ki, hansı nar sulu və şirin olur.

20211003_115350.jpg

20211003_115333.jpg

Demək belədir seçim. əgər narın tacı iri və gödəsinə birləşik hissəsi daha ətli olursa o daha iri giləli və suludur. Rəngi çox tünd olan narın giləsi də tünd olur. Rəngi açıqdırsa daha şirin olacaq. Yoxlamaq üçün şəklini yuxarıda paylaşdığım narı el adəti ilə ordaca dişimlə parçalayıb gilələrinin dadına baxdım.

20211003_115653.jpg

Doğurdanda çox sulu və şirin çıxdı. Nə qədər nar yedimsə ilin planını vurdum. 😀 Bu arada xatırladım narı bir dəfəyə çox yemək olmaz. Sonra vəziyyət çətin olur.😂😂😂

20211003_115926.jpg

Hər kəsə sağlam həyat arzulayıram. Hər meyvəni mövsümündə yeyək.

Devizimiz budur.

1. Topluluğu izləyin!
2. Topluluqda qalın!
3. Tez inkişaf üçün mütləq Steem alın!

gPCasciUWmEwHnsXKML7xF4NE4zxEVyvENsPKp9LmDaFv4ov8tybfqJcc8iM3wZbQeGm7brBcb7q4XTMf7ezoQwZxFJpgPRd6PajnfkG9V7S9CTDrWENnBsduwJ6UXM1Lcx4LxYJc9EhAMhmjL.png

Sort:  
 3 years ago 

Çox sağol Famil dəyərli bilgiyə görə. Bundan sonra diqqət edəcəm

 3 years ago 

Oxuyub fikir bildirdiyinə görə minnətdaram Rəcəb (@tortug).

Ağzımın suyu axdı ee, Allah bəlanı verməsin))) Narın dəlisiyəm.

 3 years ago (edited)

😂😂😂 bəs fındığın şəkilini paylaşanda bilmirdiniz ki, məndə narı paylaşacam.? Məndə hər il qəbələdən fındıq alırdım. Bu il ala bilmədim. Dedilər yoxdu.

Fındıq bizdə. Gəl barter üsulu eləyək)) 1 kilo fındığa 5 kilo nar. Bax bundan ədalətli alver olmaz ha))

 3 years ago 

😂😂😂 Barter üsulunuza söz ola bilməz. Eh ədalətli alver olsaydı bütün Azərbaycan 20 qəpiyə neft alardı Nurəngiz xanım.

Narı elə təqdim etdinizki lap gedib nar almaq istədim amma baxın nə yoxdu bizim qaldığımız yerdə?Nar 🥺

 3 years ago 

Siz harda qalırsınız ki Nərgiz xanım? Nar mövsümü yeni başlayıb birazdan hər bazar dolacaq narla.

Mən Ukraynada qalıram

 3 years ago 

Qütbət eldə vətən qızı təəsüf ki, oralara burdan yalnız Göyçay AzNar nar şirələri zavodunun şirələri göndərilir.

Screenshot_20211003-172056_Chrome.jpg
mənbə

😀😀😀😀bilirəm görmüşəm burda qəşəng qiymətlə satırlar 😀

 3 years ago 

Mənim nar sevdiyimi hamı bilir. Deyirəm, bir nəfər Göyçaylı dostun ola, yazıda anladılan nardan yığa bir karobka göndərə, deyə bax, nar belə olur.

 3 years ago 

Gözüm üstə.

 3 years ago 

Fındığı da dərd eləmə, o hazırdı.

 3 years ago 

Wowww bilirdim ki, qəbələdən də dostum var

Screenshot_20211003_150541.jpg

 3 years ago 

Niyə də olmasın. vərdiş vərdiş biz rüşvəti pulu çox olan adamlara veririk. 😂😂😂

 3 years ago (edited)

Bərəkətli olsun Famil. Nadir adam olar ki yəgin nar sevməsin. Nar dərmandı dərman)). Maraqlı yazıya görədə xüsusi sağ ol, lap yerinə düşdü)).
20211003_140640.jpg

Hə bir də o kəndin çox gözəl adı var. Əvvəldən elədi kəndin adı, yoxsa sonradan təzələnib?

 3 years ago 

Bəki qardaş. Oxuyub fikir bildirdiyin üçün təşəkkürlər İsa. Bəli qardaş əvvəldən elədir. İki kənd bir yerdə bir nümayəndəlikdə birləşdirilib.

 3 years ago 

Qardaş sağ ol izah verdiyin üçün. Bilmirəm təsadüfdümü yoxsa bilərəkdən, ama kəndlərin birləşməyi ad olaraq əla yaraşıb)

 3 years ago 

Çox az sayda rast gəldiyim haldır. İki kəndin adı bir yerdə.

 3 years ago 

Gözəl Qardaş telegramda bu başlığı oxuyanda fikirləşdim ki, Nar mobiledən yazmısan. Dedim, yəgin tarif falan nəsə yeniliklər var. Posta baxanda bildim ki, Bu Nar başqadu Mənimçün. Qardaş mənə görə heç bir çətinliyi yoxdu, tuluğu doldurana kimi yeyirəm. İstər ağ giləli, istərsə də, qıpqırmızı. Bilmirəm nə xəstəlikdirsə, Nara yox deyə bilmirəm. Nar qabığı da dərmandır. Birdən kimsə mənə meydan oxumaq istəsə nar yeməkdə, təklifim budur, yanında Zeytun yağını bol elə))

 3 years ago 

Şirin narın qabığı qarın ağrısında istifadə olunur. Çox acı olur.

 3 years ago 

Əsgərlikdə şəxsi heyətə trubkalı sok kimi xüsusən ondan verilirdi. O biri soklar 250 ml olanda, bu 320 ml idi. Həftələrlə o biri tərəfləri tanımaz olurdıq))) Yəgin ki, anladın)) Bəli çox acı olur. Təbii dərmandır. O soka qrajdanskidə rast gəlmədim. Sırf hərbi üçün imiş.

 3 years ago 

Zeytun yağı👍😄😄

 3 years ago 

Qardaş canı əlavə odur. Yada Məkkə gülü çayı.

16332631787364482374807312807196.jpg

Bir növü buna oxşayır: İstədiyin yerdə ocaq qalayırsan, Yusif də yanında gəzir

 3 years ago 

😂😂😂

 3 years ago 

ALLAH Səni güldürsün😂😂zeytun yağı, "ocaq qalamaq" hamısı açar sözlərdi..👍

 3 years ago 

Bahəm Qardaşım..Əgər güldürməyi bacardımsa nə xoş halıma. ALLAH hər zaman güldürsün AMİN🤲

 3 years ago (edited)

Amin Cümləmizi, ALLAH Dualarıvı qəbul eləsin gözəl Qardaş

 3 years ago 

Gözəl Qardaş VAR OL. AMİN🤲

 3 years ago 

Təklifim var. Təzə qrup açaq Nar sevənlər yığını, Nar xəstələri...

 3 years ago 

Mən dünən nurəngiz xanıma təklif elədim ki, bir tağ yaratmaq lazımdır. O tağ yalnız hər kəsə faydalı olacaq bilgilər üçün istifadə olunsun. Bu tağı da steemcuratorlara bildirək ki, bu tağ bilhi içərikli məlumatlar üçündür. Düşünürəm ona diqqət yetirərlər.

Mən razı. Dünən dediyin tağ vardı ee. Onu istifadə edək. Bölgəmizin faydalı məhsullarını da davamlı olaraq tanıda bilərik. Əl səndə @orxan-m-50. Quba almasını tanıt bizə.

 3 years ago 

Bircə onu bilirəm, tərkibində dəmir var, mədəyə, həzm sisteminə güclü xeyri var və immuniteti artırır... Bunu öz üzərimdə apardığım təcrübəmdən deyirəm.

Adam, bunu post kimi yazarsan. Rayona de, sənə qəşəng alma şəkilləri göndərsinlər))

 3 years ago 

Şəkil haaa. Alma yox))

 3 years ago (edited)

Alma bayramında gətirərsən. Yada biz Steemit ailəsi olaraq toplaşarıq Qubaya Alma bayramına

 3 years ago 

İNŞƏƏALLAH🤲

 3 years ago 

Əla. Mən razı

 3 years ago 

Vallah, mənim də canım nar istədi, sizə nə deyim)

 3 years ago 

Oralarda nar hansı ilçeden (şəhərdən) gətirilir Ceylan xanım?

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62915.59
ETH 2542.92
USDT 1.00
SBD 2.63