Qubada keçirdiyim 3 gün.
Salam. Necəsiz?
Biraz da, Quba səyahətinə gedək mi?))
10cu sinifdə oxuduğum zamanlar martın 23ü səhər yolda düşdük, up-uzun yolun sonunda Qubaya çatdıq. Bütün yol boyu isə mahnı oxuyaraq getmişdik. Bizi məktəbdən kollektiv şəkildə aparmışdılar, yəni büsbütün onların idarəsi altında idik. Gedən kimi "Cənnət bağı" adlı hotelə yerləşdik. Ora çox gözəl idi, birdə ən yaxın dostum Aynurla getmişdik və o gün bir qızla dost olduq. Sonradan o qız və biz, ən yaxşı 3lük olduq.))Hələ də, danışır görüşürük, yaxşı ki tanımışam deyəcəyim insanlardan biridir. Gedən zaman təqribi 30nəfər idik orda otaqlara 5-6 nəfər birlikdə yerləşdik. Otaqlar 2-3 odalı idi. Qızlar ayrı, oğlanlar ayrı. Biz 3 nəfər də, bir yerdə qalır səhərə qədər mahnı ilə əylənər deyib gülərdik. Ömrümdə yaşadığım ən gözəl anım orda olmuşdu. Səhərlər 7də hərkəs durub toplaşar, yemək yeyər sonra Qubanı, Qusar, Xaçmaz və burda olan hansı ki, muzey, məscid, fabrikalar-ı gəzirdik. Yemək zamanı,restorana getdiyimiz belə olmuşdu. Axşam hotelə qayıdan zaman yeməkdən sonra toplaşar rəks edər, oyunlar oynardıq. Bir gecə saat 3-4 idi, qar yağmağa başladı, o an bizdə, qonşu otaqdakı uşaqlarda balkonda bir birimizi görəndə gülmüşdük.Sonra bilik yarışı olmuşdu qrupumuzdan 4 nəfər seçmişdilər, içlərində məndə var idim. Birinciyi ala bilməsəkdə 2ci yeri alaraq mükafatla döndüyümüzdə bütün kollektivimiz bizi alqışla qarşılamışdı. Çox gözəl yerlər görmüşdük bu gözümün önündə canlandıqca yenidən yaşamış kimi oluram. O 3 gün ərzində o qədər şey yaşandı ki, hərşeyi yazsam bura dolub-daşar. Məncə hərkəs Qubanı səyahət etməlidir çünki buna ciddən dəyər. Hələ ki qış vaxtlarında çox gözəl olur. Qarda. Birdə, biz ora gedən zaman qarlı idi bizdə şahdağa çıxıb kəpənəklərə minmişdik oradan bütün qayalar görsənirdi. Başa çıxıb çatanda isə hansısa dağın zirvəsində idik aşağıda isə sadəcə bulur vardı. Ah o mənzərə.. Yaxşı ki getmişdim. ^_^ >>
Gələn postumda görüşənədək.
Bura xalça muzeyi:
Bura isə dediyim o yer, zirvə: