Maceralı bir paylaşım deyək..
Salam. Keçən dərs imtahan nəticəm üçün Hamlet müəllimin otağına getdiyim yolda anidən gözüm açıq qapılı otağa ilişdi. Ama ora sadəcə otaq deyil, həmdə muzey idi. İçəriyə nəzər keçitdiyimdə muzey olduğun fərq etdim və özümü tuta bilməyib qapını astaca döyüb, içəri daxil oldum. Daxil olduğumda içəridə yaşlı bir kişi var idi. Bunu qeyd edim çox şirin idi. Mənə -"qızım nəyin adın bilməsən məndən soruş deyim, istəsən əl vura bilərsən" dedi. Hər tərəf fərqli ölkə və rayondan gətirilmiş nadir tapıntılarla dolu idi. Bəzi daşlar təbiiki zəhərli idi. Ordan çıxmağım biraz çətin oldu. :
Sonra universitetin öz tələbə Şəhidləri üçün özəl ayrılmış yeri görməlisiniz. Ora çox gözəldir. Hər 4cü mərtəbəyə çıxan zaman o tərəfdən çıxıram. :
Biz kimya mühəndisi olduğumuz üçün kimya labaratoriya dərsi keçirik, labaratoriya otağımızda fərqli maddələr olur. Hər dərs yeni bir maddəni alırıq, bizi sadəcə yönəldirlər işi isə özümüz edirik.Birdə çox gözəl kitabxanası var, gələn postlarımdan birində iminmi oraya aid qeyd yazacağam. Bu günlükdə bu qədər olsun. Gözəl günlər..
Hmm deməli Hamlet məllimnən iş birliyiniz var 🤔😅
😁😁 Hamlet müəllim❤️
Xarıbülbül 🤤