Artıq yeni il ab-havası yayılır hər tərəfə. 🎄
Salamlar. 🥰
Bugün marketə girdiyim zaman dərin duyğulu və hədsiz sevincli birşeylə qarşılaşdım və bunu sizinlə də, paylaşmaq istədim. Marketdə yeni il bayramına aid oyuncaqlı qutuları gördüyüm zaman, uşaqlığım gözümün önünə gəldi. Hər il yeni il bayramına 1 həftə qalmış ailəmlə bazarlığa çıxar, ancaq bizim istəklərimizi alar sonra evə qayıdardıq. O qutular həmişə favorimiz olub, onlarsız yeni ilimiz olmayıb ciddən)). 1 yanvar günü ən tez mən yerimdən qalxar yolkanın altına qaçardım. Hədiyyəsiz yeni il mi olar? Yeni il vaxtı bütün yol boyu mağaza və marketlərin o işıqlı mənzərəsi, evlərin pəncələrindən şüalanan o rəngli işıqlar, yolka, açılan süfrə, partlayan şampanya, geri sayılan zaman və hər kanalda yeni ilə aid filmlər, mənim üçün əvəzedilməzdirlər.
Daha sonra marketdən çıxdığım zaman əvvəlki kimi həddiyyə alanım olmadığın fərqinə vardım. Əslində o sevinc hisslərim heç dəyişməmişdi.
Yeni ilə çox az qalıb, və bunu səbirsizliklə gözləyirəm. Sevgilərlə..
Yeni ili sevən Azərbaycanlı elə bilirdim bir tək mənəm))