Steemitlə tanışlıq✨
Salam, Steemit Azerbaijan! Mən yeni üzv-Elçin. Steemitlə tanışlığım uzun müddətdir ki var. Qoşulmaq və post paylaşmağa isə bacımın təklifi ilə qərar verdim. Maraq üçün çıxdığım bu yolda ilk başlarda elə maraq üçün postlar paylaşacam, amma müəyyən zaman sonra ümid edirəm ki, gözəl nəticələr əldə edəcəm.
Gəlin biraz tanış olaq. Orta məktəbin 8.ci sinfində təhsil alıram. Hələ seçəcəyim qrupa qərar verə bilməmişəm, son zamanlardır bu haqda çox düşünür, götür-qoy edirəm, yaxşı tərəfi budur ki, bu seçimi etmək üçün qarşımda bir xeyli vaxt var. Düşünüb ən yaxşısına qərar vermək üçün məsləhətçilərim də çoxdur😉. Biraz sizlərlə məşğuliyyətlərim barədə danışaq. Mən fotoşəkil çəkməyi çox sevirəm, düzü, əvvəllər çəkdiyim şəkilləri bacılarım paylaşırdı, belə görünür artıq özüm paylaşacağım üçün onlara yeni fotoqraf lazım olacaq😄.
Daha sonra, təbiəti çox sevirəm, həm seyr etməyi, həm də ona qulluq etməyi.
Bunun ən gözəl nümunəsi atamla birlikdə əkdiyimiz ağaclardır, hətta bəziləri var ki, mən özüm tək əkmişəm. Yay fəsli boyunca hər birini sulayıb, o istidə qurumaqdan qorumağa çalışırdım. Deyə bilərəm ki, məşğuliyyətlərim sırasına yazı yazmaq da əlavə olundu. Məncə, tanışlığımız sizlər üçün xoş olacaq. Oxuduğunuz üçün təşəkkürlər🙏🏻Növbəti postlarda görüşənədək.
Xoş gəlibsən😉
Çox sağol🙂
Xoş gəldin😊
Çox sağolun🙂
Xoş gəldin. 😍
Uğurlu olsun. 🙏🏻
Təşəkkürlər
Xoş gəldin, uğurlar💫
Çox sağol