Anım günü🖤
Salam, Steemit Azərbaycan.Yenə mən Elçin.Bu gün sizlərə dünən məktəbimizdə keçirilən tədbirdən danışacam. Tədbirimiz məktəbimizin adın daşıyan ELNUR BƏŞİROVUN anım gününə həsr olunmuşdur. Aparıcısı mən idim. İlk olaraq himnimiz səsləndi ,sonra şəhidimiz ruhunu 1 dəqiqəlik sükutla yad etdik. Uşaqlar şeirlələrini səsləndirdilər. Ürək sözü olan müəllimlərə söz verildi. Şəhidin atasına söz verdikdə onun mənə qürur və kədər dolu baxışı bəs edirdi ki,gözlərim yaşla dolsun.
Məktəbimizin direktoruna söz verildi, o həm də şəhidin sinif yoldaşı idi. Ona söz verdikdə danışmaq üçün bir xeyli çətinlik çəkirdi. Onu başa düşə bilirdik. Şəhidimizin qardaşı qızıda həmin orta məktəbdə oxuyur, o da əmisi haqqında danışdı və onunla qürur duyduğunu söylədi. Biz də bütün şəhidlərimizlə qürur duyuruq və hörmətlə anırıq. Allah hər birinə rəhmət etsin. Bugünlük bu qədər, oxuduğunuz üçün təşəkkürlər. Növbəti postlarda görüşənədək.