Pərdə

in Steemit Azerbaijan☪✔3 years ago

Salam Steem Azərbaycan topluluğu. Ümid edirəm hər biriniz yaxşısıznız. Və eyni zamanda əminəm ki, hər kəs əlindən gələni edir ki, yaxşı olsun. Həyatda həmişə hər şey ya planlaşdırdığımız kimi getmir, ya da ki, ürəyimizcə olmur. Bu fərqli-fərqli səbəblərdən olur. Sıralasaq , sadalasaq mövzunun "önünü arxasını" toparlamaq asan olmayacaq. Bu topluluqda ən diqqət çəkən şey burda olan səmimiyyət, mehribançılıqdır. Burda olan ədəb ərkan, etika qaydaları və necə deyərlər "pərdəli münasibət" diqqət çəkən ən önəmli haldır.
Pərdə demişkən yazının davamını elə pərdədən, daha doğrusu pərdənin bir növü olan " Jalüz " haqqında bildiyim məlumatla davam eləyim.))

jaluzi-perde-img-1.jpg

Bu pərdə növünün adı fransız dilindəki “qısqanclıq” mənasındakı “jalousie”-in əsasında yaranmışdır. Hələ bu ad qoyulmamışdan əvvəl jalüz şəkilli taxtadan hazırlanmış pəncərələrə Fransada "Məğrib pəncərələri" deyirdilər. Məğrib sözü ərəb dilində "qərbdə olan" mənasını verir. Daha ətraflı desək ərəbistana nisbətən qərbdə olan Tunis, Mərakeş və Əlcəzair ölkələrinə Məğrib ölkələri deyirlərmiş. "Məğrib" dövlətləri də bildiyimiz kimi Fransanın şimali Afrikadakı müsəlman müstəmləkələri olmuş Tunis, Əlcəzair və Mərakeşin yerləşdikləri bölgənin adı idi. Jaluzin quruluşu həmin bu ölkələrdəki geniş yayılmış taxta pəncərələrə oxşar idi və onun təkmilləşdirilmiş formasıdır. Bu pəncərələr müsəlman qadınlarına xəlvətdə qala-qala küçədə baş verənləri izləməyə imkan verirdi. Bundan əlavə, qısqanc hərəm sahiblərini bu cür pəncərələr başqa xüsusiyyətlərinə görə də qane edirdi.

istockphoto-1295694031-612x612.jpg

İçəri asanlıqla işıq və hava daxil ola bilir və hətta arada onlar hərəmxanaya gizlincə baxıb, qadınlara nəzarət də edə bilirdilər. Məhz bu səbəbdən bu pərdənin adı qısqanclıqla bağlıdır.

Hər şey ürəyinizcə olsun.

Foto link
Foto link

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62659.86
ETH 2534.03
USDT 1.00
SBD 2.63