Uşaqlıq illəri.

in Steemit Azerbaijan☪✔4 years ago

Bapbalaca uşaqlar idik. Nə böyük evimiz, nə yeni avtomobilimiz, nə də hər fəsil geyiniləcək dəstbədəst paltarlarımız yox idi. Amma elə bir dünyamız var idi ki, arzumuz yüz istəkdən üstündü, bir yolumuz yüz hədəfdən xoşbəxt idi. Bölüşəcək çörəyimiz, yardımlaşacaq ürəyimiz, gülüşəcək günlərimiz necədə çox idi. Elə bilirdik böyüsək keçəcək dizlərimizin çapıq yaraları, halbuki, böyüdük tutdu bizi könül ağrıları.

IMG-20220128-WA0004.jpg

Hey izləyici, sərirləei dərin hiss edəsi çəkmə ah naləsi, yazılan misralar düşündürsün deyə, bizləri aldım əlimə yenə köhnə dostum qələmi. Darıxdığımız uşaqlıq yenədə o qədər uzaqda deyildir. İçimizdə üstünü örtüb yatızdırdığımız yerdədir və o xoşbəxtlik o uşaqlıqdadır. Ona görə ki, o küsülü qala bilməz, o gülür ki, ətraf gülsün. O daima sevir ki, həmişə sevilsin. O kibiri, kin-kudurəti tanımır, çünki o yalnız maddiyat üçün yarışmır. O xoşbəxtlik üçün çalışır. Bax o sənsən, mənəm, bizik, sizsiz, onlardır.

IMG-20220128-WA0003.jpg

Coin Marketplace

STEEM 0.04
TRX 0.33
JST 0.098
BTC 64488.03
ETH 1865.18
USDT 1.00
SBD 0.38