Təyyarələr
Salam əziz Steemit topluluğu. Mən bu gün sizlərə tam başqa bir mözuda paylaşım etmək istəyirəm. Bu mövzu məni həm çox çox keçmişə, həm də gələcəyə baxmağa sövq edir. Qısası bu dəfə ki, haqqında danışılacaq mövzu "Təyyarə"lərdir. Ya da səma gəmisi nə bilim kim necə istəyir elədə fikirləşsin
Təyyarələrin ixtirası, müasirləşməsi və insanları bir şəhərdən o biri şəhərə, ölkədən ölkəyə ya da dünyanın bir tərəfindən o biri tərəfinə çatdırması. Düşünəndə ki, vaxt var idi insanlar bir şəhərdən digər şəhərə gedərkən günlərlə yol gedərdilər. Amma indi isə bu zaman o qədər qısalıb ki, hətta demək olar indi dünyanın bir rərəfindən o biri tərəfinə getmək üçün, daha günlər, aylar lazım deyil. Sadəcə saatlar bəs edir
Təyyarələr çox gözəl nəqliyyat vasitəsidir. Ondan istifadə edən hər kəs bilər. Çünki təyyarə səmada olarkən çox gözəl bir mənzərə meydana çıxır. Buludların, yerin, bütün ətrafın görünüşü bir başqa olur. Sanki hamısı sənin ovcundadır. Səmadan yerin görünüşü daha fərqli görünür. Yanından keçərkən gördüyümüz ən hündür binalar belə demək olar ki, acizləşir, və demək olar yox vəziyyətində görünür