Əl işləri.
Salam Steemit topluluğu. Mən bu gün sizlərlə əl işləri barədə paylaşım etmək istərdim. Bəzən elə insanlar olur ki, öz fantaziyalarını gerçəyə çevirir, ya da müxtəlif əşyalardan istifadə edərək sevimli bir nəsə düzəldir. Belə insanlar çox yaradıcı qabiliyyətə malik olur. Onlar daima nəsə yeniliklər düşünür və icadlar barədə fikirləşirlər. Nümunə üçün bax elə biri bu şəkil yerləşdirmək üçün olan çərçivə. Bu çərçivənin əmələ gəlməsi çox sadədir. Hamımızın bildiyi dondurma çubuqları və yapışdırıcı. Sonda isə bu çərçivə. Necədə şirindir elə deyilmi?
Yaxud da bu kiçik dovşan oyuncağı. Baxdıqca baxıram və fikirləşirəm ki, bu nə olan bir şeydir. Axı bunu düzəltmək üçün nə sərf etmək lazımdır. Amma baxanda görürsən ki, rəngli muncuqlar və sap. Çox sadə. Ancaq sadə deyil mənim əzizlərim. Bunların hamısı hesablanır, baş işlədilir, ən əsasda fantazilar qurulur. Əvvəlcə xəyalında hazırlayır, sonra isə gerçəyə çevirir. Məsələ budur əzizlərim.