Payız, Steemit və Monika Beluççi

in Steemit Azerbaijan☪✔3 years ago

payız.png

Xoş gördük, @SteemitAzerbaijan☪✔ -nın yaradıcı kollektivi!

Gəlin, etiraf edək ki, hər gün post hazırlamaq, qrup üzvləri ilə ünsiyyət qurmaq, ən əsas da postumuza yerləşdirmək üçün gündəlik foto çəkmək, üstəlik fotoya uyğun yazı yazmaq üçün zaman və bilik lazımdır. O bəzi sayt başlıqları var e, "İnternetdən asan pul qazanmaq yolları", ay nə bilim, "Oturduğun yerdən pul qazan" kimi absurd fikirləri oxuyanda istehza ilə gülümsəyirəm. Başınız üçün elə) Tökülüb pul internetə, yığıb-yığışdıran yoxdur)

c5512eff-2421-40ce-b55d-24dc47414d55.jpeg

Hə, əzizlər, yenə burdayam. Bu dəfə Ukraynadan qardaşımın göndərdiyi payızın xəzan nəfəsli mənzərəsi, Steemit düşüncələrim və bir də Monika Beluççi bacımla gəlmişəm)

2e7c6c7e-1f20-47cc-a302-b4d466fc9afa.jpeg

İndi deyəcəksiniz ki, heç dəxli var? Monika hardan çıxdı?
Var, əzizlər, dəxli var!
Neçə vaxtdır, Hədəf Nəşrlərinin sifarişi ilə bir kitab yazıram. Kitab ən sona gəlib çatıb, Monika Beluççidə ilişib qalmışam. Nəsə getmir, Monika əlimi-qolumu bağlayıb elə-bil, üstəlik şıltaq qızcığazlar kimi mənə dil də çıxardır ki, bəs nə oldu, kitabı 1 ilə bitirirdin guya? Yəni, çox özündən deyib eləmə, yazıçılar da yorulur, ilham pəriləri uçub gedir. Bu qədər yüklənməyin sənə nə faydası var axı?

c23e3b2b-b28e-4b95-aacc-b5244faa5583.jpeg

Nə isə... Yaxşı olacaq əşi. Gələk, Steemit düşüncələrimə. Bu haqda yeni bir post hazırlayacağam, içi də sual dolu. Steemit Azerbaijan üzvlərinin hamısını dəvət edəcəyəm, hər kəsi danışdıracağam və birlikdə çarə tapacayıq.
Necə demişlər, bu dünyada bircə ölümə çarə yoxdur, qalan hər şey düzələndir)

Gününüz xoş keçsin!

Thank you for support

The Steemit Team

cc @steemcurator01 @steemcurator02 @girolamomarotta @chriddi @kiwiscanfly

Sort:  
 3 years ago 

Ən gözəl fəsil mənə elə gəlir ki elə payızdır😍.şəkillərdən də payızın nəfəsi açıq aydın duyulur🥰

 3 years ago 

Elədir, payızın özünəməxsus ruh halı var ki, bu da ən çox romantik təbiətli insanlara təsir edir. 😇🍂🍁

Ölürəm da xəzandan ötrü. Amma yağış yağan kimi olur heç nə))

 3 years ago 

Xəzan insanı 😊🍂🍁

Payızı sevirəm ama yağışı olmasa

 3 years ago 

Yağış da olsun, palçıq olmasın😊

 3 years ago 

Bu saat maddiyatın xod gedən vaxtlarıdır. Daha artıq xeyirlərini götürüb, camaata qəpik-quruş verməklə bir çox milləti aldadırlar. Deməli Monika Sizə dil çıxarıb? Eybi yoxdu, narahat olmayın onun dilini kəsərəm. Çox uzanıb deyəsən. Bu arada Monikaya aktrisa olaraq çox böyük simpatiyam var. Rollarını ustalıqla ifa edir. Uçmuş ilham pərilərinin geri qaytarmaq reseptini bilirəm. Siz @nurengizbagirova MÜƏLLİMƏnin şerlərini dinləyin düzələcək. Buradan Səslənirəm EY HÖRMƏTLİ MÜƏLLİMƏYƏ: Biz acmışıq, qrupda şerlərinizlə bizi feyziyab edin. Rica edirəm 🙏🙏🙏

 3 years ago 

Əla olar, Orxan bəy.
Kokraz şeir oxumaq fəslidir.
Məmnuniyyətlə Nurəngiz xanımın yaradıcılığı ilə tanış olaram 😊

 3 years ago 

Gərək qrupda yazıb xahiş edək.Görək nə olur))

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.030
BTC 65185.94
ETH 2630.94
USDT 1.00
SBD 2.83