#club5050 🤗 The Diary Game 3 : Date 26/11/2021 🤗 Weekly Report, Delegation Award and Dance

in Steemit Azerbaijan☪✔2 years ago

Hər kəsi salamlayıram!
Maltepe Yalçın Kızılay Kapalı Spor Salonunda idman dərslərimiz davam edir.

b5e2eab9-4331-42ed-b672-3b4f04c31e95.jpeg

Kardiofolk müəllimimiz Murad bəy elan etdi ki, artıq bundan sonra ayda bir dəfə fərqli rəqslər öyrənəcəyik.
Odur ki, dərsə gələndə aksesuarları da gətirəcəksiniz.
Məncə əla ideyadır. Monoton hərəkətlərdən yorulanlar üçün daha əyləncəli olacaq.

401beac8-e1b8-4a90-9a67-964e64dd70c9.jpeg

Bu aykı seçim Roman dansları və ya "turkish gipsy dans" adlanan, bildiyimiz qaraçı rəqsi idi.
Qrupda qeydiyyatda olduğum üçün məcbur mən də iştirak etməli, üstəlik aksesuarlarla qatılmalı idim. Bu da ortaya çıxan mənzərə)

3d09e8d7-2280-483a-a028-f55890683a3d.jpeg

Əslində dərs çox əyləncəli və coşqulu keçdi. 1 saatlıq kardio məşqdən sonra salonun müdür heyəti də gəldi, qadına şiddətlə bağlı qırmızı kart payladılar və bütün kollektiv birlikdə foto çəkdirdi.

45a36c77-4106-4595-af20-67b375138742.jpeg

Düzünü deyim, məndən yaşlı xanımların yüksək enerjisinə heyran qaldım. İçlərində hətta irəli gedib əsl qaraçı kimi geyinib gələnlər də vardı.

7631654a-5d07-4b01-92f4-4abde3fa424c.jpeg

İki ayrılmaz rəfiqə, qrupun avtoritetləri bu yaşlı xanımlar isə rəsmən aktirsalıq etdilər. Biri kişi obrazında idi, o biri qaraçı qadın)

3941b481-1021-4e44-999b-2431f46a4838.jpeg

Ümumiyyətlə, mehriban insanlar çoxdur qrupda. Zatən belə olmasaydı, yüksək enerjini ətrafa yaya bilməzdilər.

71d6bf58-f406-4904-a8b5-a5b342bf0991.jpeg
Rəqsin sonlarına yaxın Mürad hoca bütün iştirakçıları tək-tək kürsüyə çıxarıb solo rəqs etdirirdi.

d48ae92b-d244-4c12-a9ba-ac50d7ed561f.jpeg
Sıra mənə gələndə təbii ki, qaçıb yayındım) Ağır gəzib batman gələnlərdənəm axı) Bəlkə gələcəkdə mən də kürsüdə rəqs edərəm)

260699596_3110376019204557_6147759315189142083_n.jpg

Hə, bu qədər əyləncə yetər. Keçək, əsas məsələmizə. Steemit yönəticiləri tərəfindən başladılan #club5050 etkinliyinə həftəlik qazanc qatqımıza...
Balansımda olan steemləri steem powerə çevirdim.
Bununla mən də ümid edirəm ki, steemlərin 50%-i powerə çevirmək kompaniyası steem qiymətində qiymət artımına səbəb olacaq, İnşallah.
Balansımda 144 steem vardı və onun yarısını Steem Powerə çevirdim.

1.jpeg

2bfe985a-12ce-452a-9d48-bcaa76faec0d.jpeg
100 Steemi isə @Steemit Azerbaijan☪✔ topluluğumuzu gücləndirmək üçün delegat əməliyyatı etdim.
Delegat işində FounderOfCommunity @revan746 kömək etdi. Burdan təşəkkürlərimi sunarım)

d1c4b413-7eb4-4733-baab-fff9e35edf73.jpeg
Beləcə, postum sona çatdı.
Tezliklə topluluğumuzun əksər üzvünü Steemitin ləyaxlı yerlərində, trendingdə görmək arzusuyla, salamat qalın.
I ❤️Steemit!

Sort:  

Bol steem lər 🤭

 2 years ago 

Təşəkkürlər, gözəlim ❤️

 2 years ago 

Oyy tebrikler

 2 years ago 

Təşəkkürlər, can ❤️

 2 years ago 

Tebrikler👏👏👏👏

 2 years ago 

Təşəkkür edirəm 😊

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 64513.75
ETH 3146.11
USDT 1.00
SBD 3.95