Sac içi!

Salam Steemit Azerbaijan üzvləri. Bu mənim 2ci paylaşımımdır (postum).

i (17).jpeg
Bu səfər sacda necə quzu əti bişirmək olar o haqda yazacağam. İlk öncə onu bildirim ki sacın materialı nə qədər qalın olarsa yemək həmin sacda daha yaxşı və dadlı bişər.
Əslində sacda quzu və ya çolpa bişirərkən çox inqridient vurmağa ehtiyac yoxdur. Yəni badımcan,bolqar bibəri, göbələk. Bunları restoranlarda yeməyin həcmini artırmaq üçün vururlar.
Mən sadəcə 4 nəfər üçün aşağıdakı ərzaqlardan istifadə edirəm.
1 kq quzu əti
200 q quyruq
0.5 kq kartof
2-4 ədəd pomidor
2 əd acı bibər.
Öncə sacı ocaq üstündə yaxşı qızdırıram, sonra quyruqu 2,3 sm-lıq doğrayıb sacın kənarlarına düzürəm quyruq əriyib sacın mərkəzinə yığılandan sonra 4,5 sm-lıq doğranmış əti tökürəm.

IMG_20211115_144828_215.jpg

Ət qovrulmağa az qalmış zövqə görə doğranmış kartofu əlavə edirəm və ətlə birgə quyruq yağında qızardıram. Bişməyə az qalmış 1/2,yəni yarı bölünmüş pomidorları və acı bibərləri üstünə düzürəm.
IMG_20211115_144828_218.jpg
Əziz dostlar bu cürə bişirsəz biləcəksiz ki restoranlarda digər ərzaqlar sac içi deyilən yeməkdə artıqdır və bunlar sadəcə ətdən az istifadə etmək üçün bir hiylədir. Nuş olsun!

IMG_20211115_144828_221.jpg

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 65236.35
ETH 3483.12
USDT 1.00
SBD 2.51