Yelləncək
Hər vaxtınız xeyirli olsun. Haqqın yanında olan hər bir kəsə salamlar olsun.
Əvvəllər belə yelləncəklər yox idi. Böyük ağaclardan iplər vasitəsilə yelləncək düzəldərdilər. Taxtadan bir oturaq da düzəldib, üstünə döşəkcə qoyub yellənərdilər. Qədimdən belə yelləncəklərdə yellənərdilər. Yellənən beşiklər də var idi. Biz belə yellənən beşiklərə "nənni" deyirdik. Sonralar yeni yelləncəklər meydana gəldi. İndi oturub fikirləşirəm ki, bu sadə yelləncəyi düzəltmək niyə bizim ağlımıza gəlməyib. Ümumiyyətlə, yelləncəklərdən ən çox uşaqlar istifadə edirlər və bundan xüsusi zövq alırlar. Çox yaxşı haldır ki, hər bir məhəllədə belə yelləncəklər quraşdırılıb və uşaqların ixtiyarına verilib.
Belə yelləncəklər 90- illərdən sonra yaranmağa başladı. Yaxşı yadımdadır, bir tanışım var idi, qaynaqçı işləyirdi. Belə yelləncəklər düzəldilib 400 dollara satırdı. Yaxşı da pul qazanırdı. Çox sadə bir sxemi var bu yelləncəklərin. Düzünü deyim ki, yaşından asılı olmayaraq, yelləncəkdə yellənmək hər kəsə ləzzət verir. İndi daha gözəl yelləncəklər düzəldirlər. Əvvəllər oturacaqlı olurdusa, indi divan, üstü də çətirli yelləncəklər var. Həyət evlərinin çoxunda belə yelləncəklər var. İndi bir anlıq güşünün ki, belə bir yelləncəkdə yellənə-yellənə post paylaşırsız. Bu başqa bir ləzzətdir.