Çıraq ( lampa )
Hər vaxtınız xeyirli olsun. Milliyətindən, cinsindən asılı olmayaraq, haqqın yanında olan hər bir kəsə salamlar olsun.
Çıraq çox qədim zamanlardan var. Çox qədim zamanlarda çıraqları müxtəlif heyvan yağları ilə yandırırdılar. Düzdür işığı normal olurdu, lakin qoxusu pis olardı. Neft kəşf olandan sonra, ilk əvvəllər neft ilə, sonralar isə ağ neft ilə yandırırdılar. Hal hazırda da ağ neftdən istifadə olunur. Qədimi əşya olmasına baxmayaraq, indi də çıraqdan istifadə olunur. Demək olar ki, hər bir evdə çıraq var. Kəndlərdə isə hər evdə var. Adətimizdə gəlin köçən zaman lampa yandırırlar. Bilmirəm nə məna verir, lakin bu belədir. Çıraqlar müxtəlif cür olur. Həm neft tutumuna görə, həm də naxışına görə fərqlənir.