Aprel mənzərələri.
Salam. Təqvimin dördüncü ayına qədəm qoyduq. Mart gözümüzü çox qorxutdu. Görəsən aprel necə keçəcək sualı hamının maraq dairəsindədi. Aprel hələ ki özünü çox ağayana aparır. Hava əməllicə isinib. Əslində qarın altındakı isti himə bənd idi ki, qarı əridib sel suya döndərsin. Aprel ayların içində xüsusilə seçilir.
Rənglərin ahənginə baxın. Mavi ilə ağ tam bir vəhdət imiş. Səma o qədər dərindir ki, elə bilirsən okean var orda. Yazın ilk carçıları olan bənövşələr və nərgizlər açıb.
Bir də rəngbərəng qar gülləri var. Demək olar ki, ilk onlar açır. Yamacı xalça kimi bəzəyir.
Bahar həqiqətən çox gözəldir. Son dönəmlərin bu qədər problemlərinin içində baharın gəlişi yeganə sevinc səbəbimizdi. Xoş gəldin, bahar.