Qarabağ FK⚽

in Steemit Azerbaijan☪✔3 years ago

qarabag.jpg
Şəklin linki
Salamlar dəyərli Steemit oxucuları 🙋🏻‍♂️. Bu postumda sizlərə Azərbaycan Respublikasının Qarabağ FC haqqında danışmaq istəyirəm. Bildiyimiz kimi bizim ölkəmizdə mənim zənnimcə fudbola lazımı qayğı göstərilmir. Beləki fudbolmuz üçün böyük miqdarda vəsaitlər ayrılsa belə takımlarımızda əvvəlcədən "dayı şotuna" təyin olunan oyunçular oynayır. Halbuki zamendə duran oyunçular daha istedadlıdırlar. Mən inanıram ki Qurban Qurbanovun başçılığı ilə fudbolumuz bir xeyli irəliləyiş edəcək. İndi isə sizə Qarabağ klubu haqqında məlumat verim.
464fe46037b243c16ed5c08c050d037a.jpg
Şəklin linki
Qarabağ" Futbol Klubu — Azərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu. 1951-ci il tarixində "Məhsul" adı ilə təsis olunmuşdur. Qarabağ 1987-ci ilə qədər 3 fərqli ad ilə çıxış etmişdir. 1993-ci ilin 23 iyul tarixinə gədər Qarabağ ev oyunlarını Ağdam şəhərindəki İmarət Stadionunda keçirirdi. Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını bir müddət Quzanlı qəsəbəsində, daha sonra isə paytaxtda, Bakıda keçirirdi.Qarabağ 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. Qarabağ tarixində 7 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olmuşdur. İlk dəfə Qarabağ 1993-cü ildə Azərbaycanın ən güclüsü olmuşdur. Daha sonra Qarabağ Çempionluğu 20 il gözləməli olur. Qarabağın ikinci çempionluğu 2014-cü ilə təsadüf edir. Elə bir ildən sonra isə Qarabağ titulunu qoruyaraq tarixində 3-cü dəfə çempion olur. Qarabağ Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubudur.Klubun yaranma tarixi 1950-ci illərin əvvəllərinə təsadüf edir. Belə ki, 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılması sahəsində ciddi işlər görüldü.
994706164737_status_bcc7fa7f03b041648e6d9c3526ccc5d6.jpg
1960-cı illər Redaktə
Yarandığı gündən sonra bir müddət "Məhsul" adı ilə çıxış edən "Qarabağ" ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran "Qarabağ" 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən Ağdam uzun müddət ölkə çempionatlarında təmsil olunmadı.
9c6021d2c07851e1b67a74fb63d18d6a-1.jpg
Şəklin linki
1970-1980-ci illər Redaktə
1977-ci ildə "Qarabağ" yenidən "Şəfəq" adı ilə bərpa edildi. Elə həmin il "Şəfəq" Azərbaycan SSR çempionatının 2-ci dəstəsində yarışdı. "Şəfəq" 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1987-ci ilə qədər isə klub "Kooperator" adı ilə yarışlara qatıldı. "Qarabağ" ilk dəfə Azərbaycan SSR çempionu adına 1988-ci ildə – Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən layiq görüldü. Həmin çempionluqdan sonra "Qarabağ" SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə "Qarabağ" SSRİ çempionatının 9-cu zonasında yarışdı[5]. 1990-cı ildə SSRİ çempionatının 2-ci dəstəsinin zona yarışlarında dəyişiklik edildiyindən "Qarabağ" Azərbaycan SSR çempionatının zona yarışlarında iştirak etmək məcburiyyətində qaldı.
57a2446f-9d05-3da4-aac6-4aabdf292e1a_850.jpg
Şəklin linki
1990-cı illər Redaktə
1990-cı illərin əvvəlləri Redaktə
1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan Respublikasının müstəqil futbol çempionatı təşkil olundu. "Qarabağ" Azərbaycan çempionatının bütün mövsümlərində iştirak edən 2 komandadan biridir(Neftçi PFK ilə yanaşı). Təbii ki, müstəqillik illərində "Qarabağ"ın ağır günləri də az olmayıb. Azərbaycan tarixinin ən qara günlərdən biri olan Ağdam şəhərinin işğalı günü (23 iyul 1993-cü il) "Qarabağ" komandasının tarixində də ən qara gündür – həmin tarixdən etibarən komanda "qaçqın klub" kimi fəaliyyət göstərir. Qeyd edək ki, 1992-1993-cü illərdə rəqiblərini Ağdamda qəbul edən "Qarabağ" burada 28 oyun keçirib. "Qarabağ" Ağdamda keçirdiyi son 22 matçda qalib gəlib. Əyalət təmsilçisinin evdə son məğlubiyyətindən isə daha uzun 27 oyunluq seriya keçir. Maraqlıdır ki, "Qarabağ"ın Ağdamda uduzduğu yeganə oyun onların müstəqilik tarixindəki ilk qarşılaşması olub. Və məğlubiyyətlə başlayan tarix qələbə seriyası ilə davam edib.
hqdefault.jpg
Şəklin linki
Bu qədər özünüzə yaxşı baxın 🙋🏻‍♂️

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 62561.21
ETH 2449.99
USDT 1.00
SBD 2.64