Cavad Xan 🎥

in Steemit Azerbaijan☪✔3 years ago

220px-Cavad_Xan_(2008).JPG
Şəklin linki
Salamlar dəyərli Steemit oxucuları 🙋🏻‍♂️. Belə bir qərar verdimki, bəzi postlarımda Azərbaycanın qədim tarixi filmləri haqqında məlumat verim. Bu postumda sizlərə Cavad Xan🎞️ filmi haqqında danışacam.
1000x669-1.jpg
Şəklin linki
Cavad xan — Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında, Rövşən Almuradlının rejissorluğu ilə çəkilən filmdir.Film XIX əsrin əvvəllərində öz oğulları ilə birlikdə vətən uğrunda Sisianovun (Ramiz Novruz) başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan xanlar xanı, cəsur sərkərdə Cavad xan (Nurəddin Mehdixanlı) haqqındadır. 2011-ci ildə İstanbul Universitetinin Avrasiya İnstitutunda “Cavad xan” bədii filminin nümayişi olub. Nyu-Yorkda “Cavad xan” filminin təqdimatı keçirilmişdir.Filmdəki paltar və qiyafətlər Sankt-Peterburq şəhərindən sifariş edilib gətirilmişdir. Filmdə 130-a qədər aktyor çəkilmişdir.
1471002736_nuraddin1.jpg
Şəklin linki
Filmin kütləvi səhnələrində daxili qoşunların əsgərləri də iştirak etmişdir. Film Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında çəkilir. Əsərin çəkilməsi üçün əvvəlcə 800 min manat vəsait ayrılsa da bu yetərli olmayıb. Yazıçının prezidentə müraciətindən sonra əlavə vəsait ayrılıb. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Bizim Kino" prodüser mərkəzində çəkilir. Filmdə Azərbaycan kinosu tarixində ilk dəfə olaraq xüsusi kompüter qrafikasından istifadə edilmişdir. Filmin Türkiyədə də premyerası gözlənilir. Cavad xanın divanxanası, kitabxana, Alban kilsəsinin daxili çəkilişləri pavilyonda, gürcü çariçanın ziyafət səhnəsi Mahnı Teatrında aparılıb. Kitabxananın yanma səhnəsində kompüter qrafikasından istifadə olunub.
1526470033340362310_1000x669.jpg
Şəklin linki
Filmin çəkilişləri 2007-ci ilin aprelində başlayıb – avqusta qədər aparılıb. Film üçün 58 dəqiqəni əhatə edən 20 musiqi yazılmışdır. Filmin premyerası Milli kino günündə — 31 iyul 2009-cu ildə Heydər Əliyev adına sarayda keçirilmişdir (qeyd: Milli kino günü 2 avqustdur. 2009-cu ildə bu tarix bazar gününə düşdüyü üçün tədbir 2 gün əvvələ 31 iyula keçirilmişdi).
Cavad_xan_(film,_2009)-1.jpg
Şəklin linki
Mənim film haqqında bildiylərim bu qədər inşallah yaxşı post olmuşdur. Özünüzə yaxşı baxın 🙋🏻‍♂️.
3017c8f572f9e1640c38731d0f085654.jpg
Şəklin linki

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 62561.21
ETH 2449.99
USDT 1.00
SBD 2.64