Texniki baxış (el arasında-texosmotr)...

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam,dəyərli dostlar.
Bu günkü sohbətimiz hər bir sürücünün,xüsusən də kişi sürücülərin mütləq keçdiyi bir prosedurdan olacaq.Sohbətimiz avtomobilin texniki baxışından olacaq.
Dünən hamı kimi,mən də bu prosedurdan keçdim.Amma əslində hamı kimi yox.
Bu gün bu postu yazmağı özümə borc bildim,çünki dünənki hadisə sözün əsl mənasında mənə xoş bir şok yaşatdı.

IMG_20211009_133046.jpg

Amma yenə də sizi intizarda saxlayıb gəlim hadisələrin başlanğıcına.
Bir neçə gün bundan qabaq sığorta şirkətində işləyən bir yaxınımın vasitəsi ilə maşını sığortaladım.(Hər il elə ona elətdirirəm).Həm də texosmitrdan da keçirtməyə kömək edirdi.Bu dəfə də texosmitru soruşdum ondan.Dedi 85manata edirlər .Amma dərhal da başqa bir məsləhət verdi.Onu da deyim ki, texniki baxışın dövlət rüsumu 30 manatdir.Qardaş dedi:"Niyə özünü dağa-daşa vurursan?Onlayn olaraq,Asanpay vasitəsi ilə rüsumu ödə,get keçird.Sadəcə orda da bir az bərk ol."
Düzün deyim,söhbət beynimə batdı.Girdim internetə,araşdırdım,oyana-buyana,Asanpay-dən öz kartımla ödəniş elədim.30man.

Screenshot_2021-10-08-12-26-16-382_com.android.chrome.jpg

Çekin şəklini də skrin elədim.Səhərisi günü yaAllah deyib tərpəndim texosmotra.
Deməli,dayanmışam növbədə.Başqa sürücülər də var orda.Hamı da biri-birindən soruşur : neçəyədir,nə qədər istədilər,neçəyə keçirtdin?
Hərə də bir cavab deyir.Biri deyir 85-ə,biri deyir saldım 70-ə.Bir sözlə -əməlli-başlı bazardır.Demək istədim:"Ay camahat,niyə onlayn ödəmirsiz?"Gördüm bunlara ONLAYN sözü çatmır.Özüm-özümə fikirləşdim ki,elə bu millətinmizin bu savadsızlığına görə də bizi bu vəziyyətə qoyublar.Heç kəs öz haqqını tələb edə bilmir,məmurlar da oyun çıxardırlar,nə istəyirlər,onu da edirlər.Hamı da susub razılaşır.
Uzun sözün qısası,növbə gəldi çatdı mənə.Onu da deyim,hamı bir-bir girir içəri.Girdim içəri,qara bir şüşə,arxasından heçnə görünmür,kimnən danışdığını belə görmürsən.

IMG_20211008_161922.jpg

Mənim də boyum maşallah.Pəncərənin yuxarısından boylanıb baxdım))).Sənədləri verdim.Texpasport,sürücülük vəsiqəsi (prava).Baxdı oyan-buyan,dedi 85 manat.Məni içimdə bir gülmək tutdu.Dedim:"Qardaş,mən onlayn ödəmişəm".Soruşdu:"Hara ödəmisən?"Dedim Asanpay vasitəsi ilə Daxili işlər nazirliyinin hesabına,və telefonda skrin elədiyim şəkili göstərdim.Heç bir kəlmə də artıq demədi.Dedi ki,maşını keçird stendə və çeki gətir,tikim işə.No problem.
Stenddə maşının bütün orasın-burasın yoxladılar,nə problemi var yazdılar.Onu da deyim,maşında N qədər problem var.Həm motorda,həm tok sistemində,həm işıqlarda,həm asma sistemində(peredokda),həm tormozlarda.Bir sözlə,nə varsa hamısını qeyd elədi.

IMG_20211008_165012.jpg

Tezdən keçdim otağa,sənədləri verdim.Qardaş deyir bu nədi,sən bu maşını nətər sürüsən?Dedim maşın yatırdı,yığdırıram.
Bu işin başqa bir tərəfi də var.Bu texniki baxışda aşkar olunan problemlər,növbəti texniki baxışa kimi aradan götürülməlidir.Aradan götürülməzsə,inzibati tədbir görüləcək.
Bir sözlə,dəyərli dostlar,
30 MANATA texosmotr.
Necədi sizin üçün?
Mənimçün əladır.
Bilənlər bilir,bilməyənlər də bilsin.

Coin Marketplace

STEEM 0.31
TRX 0.11
JST 0.034
BTC 64332.82
ETH 3146.25
USDT 1.00
SBD 4.17