Məktəb tapşırığı
Salam dəyərli dostlar.
Uşaq məktəbə getməyə başlayandan,elə bil biz də yenidən məktəbə getməyə başlamışıq.
İki gün öncə bəzi işlərin vardı deyə evə bir az gec gəldim.Aaxşam yorğun-arğın girmişəm evə.İçəri girməmiş ana-bala düşüblər üstümə ki,hardasan,şəhərdən səni gözləyirik.A bala,nə məsələdi?Məktəbdən ev tapşırığı veriblər.
Təqdimat iş: Azərbaycan üzrə yol bələdçiliyi.Baxmalı, görməli,tarixi yerlər.
Gəl də indi gecəni yatma,təqdimat hazırla.
Qərara gəldim tarixi şəhərlərimizdə olan Şəki barəsində yazaq.
Bir az internetdə məlumat toplayıb, başladım isə.İşi səhər təhvil vermək lazım idi.Ona görə də şəkilləri də özüm əl ilə çəkdim.Bir sözlə səhər saat 6-da işi bitirdim.
Bəzi hərif rəngləmələri qalmışdı,onu da tapşırdım qızıma.Qoy onun da,az da olmuş olsa aziyyəti olsun bu işdə.Həm də materialı orgənib şifahi danışmaq lazım idi.
Maşallah.Nəticə yaxşı oldu.Muəlliməsi bəyəndi.
Afərin özümə)))).