Hicamət nədir?

in Steemit Azerbaijan☪✔5 years ago

Hicamət (Qan alma) Quranı Kərimdə öz əksini tapmış,peyğəmbərimiz Hz.Məhəmməd tərəfindən təkidlə tövsiyə olunmuş xalq təbabətinin müalicə və profilaktika üçün tədbiq olunan bir qoludur.Hicamət ərəb dilindən tərcümədə "sovurmaq" deməkdir.Yəni dərinin üst qatında (dərinliyi 1mm-dən artıq olmayan) xırda çərtiklər atıb küpələr vasitəsi ilə damarlarda,xüsusən də kapillyarlarda yığışıb qalmış,toksiki maddələrlə zəngin olan durğunlaşmış qanı sovurub xaric olunur.
1629540428438.jpg
Bu müalicə və profilaktika metodun bəzi məlumatlara görə 3000 il,bəzi məlumatlara görə isə 5000 il tarixi var.Minilliklər keçməsinə baxmayaraq buğünkü gündə də öz effektivliyini və aktuallığını saxlayır.

Coin Marketplace

STEEM 0.04
TRX 0.33
JST 0.078
BTC 63090.21
ETH 1681.68
USDT 1.00
SBD 0.39