"Hedonik döngü"🌀|| #club5050

in Steemit Azerbaijan☪✔4 years ago (edited)
Hər vaxtınız xeyir Steemit Azerbaijan ailəsi. Vəziyyətiniz necədi? Bugün qismən elmi mövzuda , qismən də öz həyatımızda tez tez yaşadığımız hissin biraz dərinliyinə gedəcəyik. Hedonik döngü. Sizə əvvəl biraz Hedonizm fəlsəfəsinin nəyi əsas aldığı haqqında məlumat verim. Hedonizm fəlsəfəsinə görə, insanların bu dünyadakı məqsədi, kədərdən qaçıb ,həzz arxasıyca getməkdir. Eynilə bunun əks təsiri hisslərə də hedonizm deyilir. Bəllidi ki, hər həzzin mütləq ki əks təsirləri var. Məsələn sevdiyin hansısa yeməyi yemək istəyib, biraz artıq yeyəndə, narahat edir adamı. İndi gələk əsas mövzumuzaa.

Screenshot_20220204-000856_Instagram.jpg

Bir şeyi böyük bir istəklə xəyal edirsən, onu əldə etmək üçün çabalayırsan, ancaq onu əldə edəndən sonrakı xoşbəxtlik hissi qısa müddət davam edir. Nə qədər xoşbəxt olsaq da, sonra öz stabil həyat tərzimizə geri dönməli oluruq. İnsanların təməlində var bu, yaradılışımız belədi, düz məntiqlə həyat yaşayırıq, nə olur olsun, pis birşey yaşamış olsaqda, sonra qismən ona örgəşib öz həyat düzənimizə davam edirik. Mən bunu biraz araşdırdım, deməlii Hedonik döngü adı verilən bu vəziyyət ,1971-ci ildə Brickman və Campbell tərəfindən ortaya atılıb. Bəzi təcrübələrin nəticəsi olaraq bəlli olub ki, maddi yada mənəvi olaraq əldə etdiyimiz qazancların xoşbəxtliyini sadəcə bir müddət yaşayırıq. El arasında buna 'xoşbəxt anların düşmanı'da deyilir 😀. Seneca'dan bir cümlə buraxıram bura, "Zənginlik, nə qədər çox şeyə sahib olduğuna deyil, nə qədər az şeyə ehtiyac duyduğuna bağlıdır." Yəni ki ,heçkim dediyi qədər ac deyil, sadəcə ehtiyaclarını gərəksiz yerə çoxaldıblar. Nəysə də, bunları təməli hər hissin keçici olduğuna dayanır.

IMG_20220203_183333_622.webp

Hər hiss (çox vaxt sadəcə kədərli anlar nəzərə alınsa da) , xoşbəxtlik hissi də daxil, keçicidi. Nələrəsə arxalanıb, sadəcə kədərli anda "keçəcək, sıxma canını" deyə biliriksə, xoşbəxt anlarımızda da "keçəcək, mümkün qədər dolu dolu yaşayım bu anı, hər anına dəysin xoşbəxtliyimin" deməyi bacarmalıyıq. Dünən oxuduğum @urfanov 'un postunda yazmışdı ki, 'hərşeyin qədrini, son anları olan kəslər qədər bilə bilmərik'. Hərkəs bilir ki birşeyi itirəndə, yada itirəcəyini biləndə o şey daha çox dəyər qazanır. Çalışmalıyıq ki, bir şeyi itirməmiş dəyərini bilək. Anlarımıza dəyər verək, dolu dolu yaşamaq üçün əlimizdən gələni edək, bilək ki, hər hiss keçicidi. Hər hiss. Bu qədər steemitçilər. Biraz elmi mövzuya oxşasa da reallıqdan yazmaq istədim birazda :). Özünüzə yaxşı baxın! Anlarınızın dəyərini bilin! ♡

Sort:  

Qələminə sağlıq💫
"xoşbəxt anlarımızda da "keçəcək, mümkün qədər dolu dolu yaşayım bu anı, hər anına dəysin xoşbəxtliyimin" deməyi bacarmalıyıq."- həm çox düzgün, həm də maraqlı baxış açısıdır.✨

 4 years ago 

Təəssüf ki, gerçəklik budu. Kaş ki xoşbəxt anlarımız heç bitməsə🥲🌸

 4 years ago 

İnsandı ee xeyri yoxdu xış kökə dirəşməsə tam anlamır. Əlbətdə hər anın qədrini bilmək çox gözəldi. Bəzən də yorucu olur.
Post ələdı, təşəkkürlər👍

 4 years ago 

sonra peşman olmamaq üçün dəyərini bilməliyik anlarımızın. Təşəkkürlər🌸

 4 years ago 

Hər hiss keçicidi.Tək özəlliyi isə gözəl hisslərin daha tez,kədərli hisslərin daha çox bizimlə qalmasıdır.💫

 4 years ago 

sadəcə kədərli hisslər daha çox yaralıyır bizləri və unudulma müddəti də məncə keçirilən hisslərə daxil edilir :)

Coin Marketplace

STEEM 0.04
TRX 0.33
JST 0.102
BTC 65197.12
ETH 1906.27
USDT 1.00
SBD 0.38