Cəmiyyət Problemləri 2 (Azadlıq)

in Steemit Azerbaijan☪✔5 years ago

InShot_20211027_144156375.jpg
Mən qadın azadlığı deyəndə bir çox insanların ağlına pozğunluq gəlir.
Bir şeyi başınıza vurun ki, aydın, intellektual insan pozğunluq eləmir. Əgər siz qızınızın pozulacağından, kiməsə qoşulub, hər hansı mühitə düşüb pozğunluq
edəcəyindən qorxursunuzsa bu sizin günahınızdır ki, onu avam, dünyadan bixəbər, qapalı, cahil, axmaq böyütmüsünüz.

Misal üçün mən qadın azadlığı deyəndə nə deyirəm? Çox şey deyirəm, yüzlərlə insani dəyərlərin olmasını istəyirəm.
Azərbaycan kişiləri, təfəkkürünü yerli, lokal, arxaik qayda-qanunlarla deyil bəşəri yaşam tərzi ilə formalaşdırsın deyirəm.

Misal üçün sadə birini deyim.
Mən deyirəm ki, qız uşağı bir oğlanla sevgili olursa, dost olursa, onunla bu münasibətə görə nələrsə yaşayırsa gəlib atası ilə bunu bölüşsün.
Eynən xarici filmlərdə gördüyünüz kimi. Bizə anormal görünən bu şeylər əslində normaldır. Qız sevdiyi, görüşdüyü, yaşadığı oğlanı atası ilə tanış edir, ailəsinə qonaq çağırır. Bu hərəkət əslində çox vacibdir.
Birinci növbədə qız atası, ailəsi ilə görüşən oğlan özündə bir məsuliyyət dərk edir.
İkincisi o oğlan qıza qarşı ciddi deyilsə bu ailə görüşündən qaçır. Üçüncüsü illərin təcrübəsini yaşayan qız atası, qızının görüşdüyü oğlan ilə söhbət edir, onu az da olsa tanıyır. Və sonra qızına onunla münasibəti davam etdirib etdirmək üçün böyük məsləhəti verir. Özüm yaşamışam bunu, bilirəm, bu insanın həyatında necə önəmli bir məqamdır...

Amma Azərbaycan kişisi bunu edirmi?
Xeyir...
Buna görə də, bizim qızlarımız ailəsindən xəlvət yaşayır bu sevgi həyatını. 99% bizim qızlar oğlanla görüşə gedəndə ailəsini aldadır. Yalandan "filan yerdəyəm deyir". Oğlanla çay evinin kabinetində sevişdiyi vaxtı qardaşı, atası zəng vurur. Tez pəncərəyə qaçıb başını çölə çıxardaraq telefona cavab verir ki, guya çöldədir, yoldadır. Oğlanın ona verdiyi gülü evə aparmayıb, zibil qutusuna atır. Gecə "podruqam gildə qalacam" deyib əslində isə oğlanla qalır. Biz Norveçdə yaşamırıq e, Azərbaycanda yaşayırıq və bunların hamısını yaşayıb, görürsüz. Havadan danışmıram.
Heç kim boş-boş danışmasın ki, mənim qızım, mənim bacım yaşamır.
Lap qəşəng də yaşayırlar. Sizi elə aldadırlar ki, gözünüzdən də xəbəriniz olmur. Niyə aldadırlar? Çünkü axmaqsınız. Onların azadlığın əlindən alanda, normal olanı anormal kimi qəbul edib onlara təzyiq göstərəndə əlbəttə sizi aldatmalıdırlar da.
Çünkü Azərbaycan valideyni və ya qızın qardaşı belə bir şey eşidən kimi ya qızı döyüb başa salırlar, ya oğlanı, nəysə aləm dəyir bir-birinə.
Buna görə də, bizim qızlar istər sevgili, istərsə hər hansı oğlanla olan münasibəti gizlin yaşayır. Bu isə əlbəttə qız oğlan arasında olan münasibətin gələcək müsbət perspektivinin olmamasına şərait yaradır.
Gələcəkdə oğlanın qızı fırladıb, aldadıb atmasına şərait yaradır. Çünkü münasibət gizlindir. Oğlan məsuliyyət daşımır.

Hansı yaxşıdı?
Sizin qızınızın, bacınızın yaşadığı kimi gizlin yaşamaq yoxsa ki, olanları ailə, ata, qardaş ilə bölüşmək?

InShot_20210814_215815035.jpg

Coin Marketplace

STEEM 0.04
TRX 0.33
JST 0.098
BTC 64519.41
ETH 1856.77
USDT 1.00
SBD 0.38