Cəmiyyət Problemləri 1 (Evlilik)

in Steemit Azerbaijan☪✔5 years ago (edited)

IMG-20210223-WA0086.jpg
Boşanan kişi özünə yenidən bakirə, təmiz qız uşağı axtarır, tapa bilir və evlənir, boşanan qadın 2-ci dəfə ailə qurmaq istəyəndə ona "sən artıq uşaqların üçün yaşamalısan, özün üçün yox", "qızmısan?" deyirlər.

Xəyanət edən kişiyə güzəşt oluna bilir, gəzsin amma axşam evinə gəlsin. Ev otel zaddı bəyəm, sən həyat yoldaşı dediyin də qulluqçu? Kişi etsə çox problem deyil, qadın gərək əldə tutmağı bacarsın.

Heç cür amma heç cür yola getməyən fərdlərə valideynləri uşaq doğuzdurur, xüsusilə oğlan uşağı doğ "yerin bərkisin" deyirlər. Niyə, betondu arvad?

Mənim filan ailə ilə dostluğum var, sən də onun qızı (oğlu) ilə evlənməlisən.

Qohuma verəcəyik, heç olmasa neçə illərdi tanıyırıq, özümüzünkidi.

Qaynana, baldız öz həyatları xoş keçmirsə, gəlinin də burnundan gətirirlər. Öz halalca həyat yoldaşı nəsə alanda belə sifətlər asılır.

Qarşındakı insana "külfətlə yaşamaq" şərti qoymaq. Razı deyilsə "ailəmi qəbullanmadı" deyə təziq etmək. Elə insanlar var öz ailəsi ilə dolana bilmir.

İçki içən, narkotik istifadə edən, qadın saxlayan, gəzən oğluna "təmiz qız tapaq o yola gətirər evə bağlanar oğlum" deyən xalalar. Camaatın qızı sənin oğlunun psixoloqu deyil.

Yaşı ötən qadınlara/oğlanlara evlilik təziqini edən ailə/qohumlar. Hər kəs evlənməlidi deyə bir qayda yoxdu.

IMG-20210223-WA0090.jpg

Coin Marketplace

STEEM 0.04
TRX 0.33
JST 0.099
BTC 64612.72
ETH 1870.64
USDT 1.00
SBD 0.38