Yerimək🚶🏼‍♀️||#club5050

in Steemit Azerbaijan☪✔2 years ago

Bu dəfə sizlərə sevərək etdiyim,günlük vərdiş halına gətirməyə çalışdığım şeydən danışacam. Yerimək. Çox uzun yol yeriməkdən zövq alıram. Hələ getdiyim yolun mənzərəsi gözəl olarsa lap əla.Sanki yeridikcə rahatlayıram, fikir və düşüncələrimdən uzaqlaşıram.Keçdiyim yerlərdə maraqlı şəkillər çəkməyi də sevirəm. Ətrafdakı insanları müşahidə edirəm.
IMG_20211016_145859.jpg

Həmçinin alimlər qeyd edirlər ki, "daha sağlıqlı beyin üçün yeriyin". Mütəmadi olaraq yerimək beyin hüceyrələrində yeni əlaqələrin yaranmasına kömək edir və beynin yaddaşa cavabdeh olan sahələrindən biri olan hipokampusun həcmini artırır. Yerimək bədənimizin zehni məşğul etmədən edəbiləcəyi hərəkətdir. Elə buna görə də yeriyərkən ətrafımıza fikir verə bilirik. Bu da müxtəlif zehni qabiliyyətimizi inkişaf etdirə bilər. Həmçinin günlük gəzinti insanları depresiya və stresdən uzaqlaşdırmağa da kömək edir.
IMG_20211016_151708.jpg

Yeriməyə daha fərqli baxış bucağı ilə baxanlar da var təbii ki. Məsələn, "sadəcə yeriyərkən ağla gələnlər həqiqətən böyük düşüncələrdir"-sözlərinin sahibi,- Friedrich Nietzsche. Deyilənlərə görə əsərlərinin çoxunu yeriyərkən yazırmış.

IMG-20211016-WA0017.jpeg

Həmçinin "A Philosophy of Walking"(Yeriməyin fəlsəfəsi) kitabının yazarı Frederic Gross, iddia edir ki, yerimək idmandan daha çox fəlsəfəyə yaxın bir hərəkətdir. İdman xüsusiyyətlərindən çox, sadəcə yerimək üçün edilən gəzintinin fərqində olmaq,nəfəs almaq və düşünməklə bağlı olduğunu deyir.
Bəli, steemitçilər siz necə sevirsinizmi yeriməyi?

Sort:  

Maraqlı bir post olub. Oturaq iş rejimində işləyənlərin ən çox ehtiyacı olan birşeydir yerimək. Məndə yeriməyi çox sevirəm vaxt olduqca təbiiki.

 2 years ago (edited)

Maraqlı bir postdur👌🏻✨

 2 years ago 

Marağınızı çəkə bildimsə nə xoş mənə 😄

 2 years ago 

Hər gün 8 saat oturaq işdə oluruq mütləqdir ki 2 saat gəzməliyik ki sinirlərimiz yığılmasın ki sonra fəsadlar törətməsin

 2 years ago 

Aha düz deyirsiniz

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.031
BTC 61904.94
ETH 2583.24
USDT 1.00
SBD 2.57