Stoaçılara görə xoşbəxtlik ||#club5050

in Steemit Azerbaijan☪✔2 years ago

Salam. Bu gün də biraz fəlsəfi mövzuya toxunmaq istəyirəm. Bu dəfə isə xoşbəxt olmağın bir neçə yolunu Stoaçı filosoflardan öyrənək.

IMG_20220226_192028_861.jpg

  1. İdarə edə biləcəyin şeylərə köklən. Hər zaman əlindən gələnin ən yaxşısını et və üzərində təsirli olmayan şeylər üçün narahat olma.
  2. Yaxşı hiss etmək üçün yaxşı şeylər etməlisən. Əgər bədbəxt hiss edirsənsə, başqalarına yardım et, onlara yaxşı davran və həyatlarını asanlaşdır
  3. Daha az şey et. Az çoxdan artıqdır. Önəmsiz şeyləri atıb, həqiqətən önəmli və gərəkli olanlara köklənmək daha çox doyum və rahatlıq gətirir.
  4. Başqalarıyla bağlantı qur. Bizlər sosial varlıqlarıq və cəmiyyətin bir parçasıyıq. İnsanlarla olan ünsiyyətsizlik zehnimizə və varlığımıza zərər verir
  5. Ehtiyacın olan hər şeyə sahib olduğunu unutma. Yaxşı bir həyat xarici təsirlərdən çox iç dünyamızla bağlıdır. İç yaşantımızı tarazlaşdırmaq üçün lazım olan güc hamımızda var.

IMG_20220226_192202_225.jpg

Mən bu 5 bəndin hər biri ilə razı olsam da ən çox 3cü bənd mənə daha yaxındı. Siz hansı fikirlərlə razısınız? Və sizcə xoşbəxt olmağın yolu nədir?

Sort:  
 2 years ago 

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

 2 years ago 

Çoxda uyğun deyil mənə sanki bunlar. Mən sevdiylərimin xoşbəxt olduğunu görüb xoşbəxt olanlardanam😂

 2 years ago 

Bu da yaxşıdı hə

Maraqlıdır, bəzən insanlarla bağlantı qurmaq özü xoşbəxtliyə maneə olur.

 2 years ago 

Mənlə bağlantı qur xoşbəxt olacaqsan ✌🏼

Heç biri mənə yaxın fikirmiş kimi görünmür,özəlliklə də ikincinin yanlış olduğunu düşünürəm niyəsə

 2 years ago 

Hmm niyə yanlış olduğunu düşünməyin maraqlıdı

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.031
BTC 60343.62
ETH 2490.29
USDT 1.00
SBD 2.53