Önyarğı tanımağa əngəldir. ||#club5050

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam. Ümid edirəm, yaxşınız. Mən də yaxşıyam. Heç bu cümləni eşitmisiniz mi?

  • İlk tanışanda (və ya görəndə) səni heç sevməmişdim.
  • Əvvəllər sənin xasiyyətinin belə olduğunu bilmirdim.
    Kiçik önyarğı əlamətləridir bunlar. Bəzən özümüzdən asılı olmayaraq ilk dəfə tanıdığımız ,gördüyümüz biri haqqınsa mənfi fikirlərə sahib ola bilirik. Zaman keçdikcə o insanı tanımağa şans veririksə, onda əsasən ilk fikrimizdən daşınırıq.

IMG_20220223_232443_946.jpg

Amma bəzən isə heç o şansı belə vermirik. Beləliklə, bəlkə də, çox yaxşı, sözünüzün tutacağı bir adama öz əllərimizlə qapını bağlayırıq. Eh, insanıq da , səbirsiz ola bilirik. Bəzi insanlar var, çox gec ortama uyğunlaşa bilir ya edəcəyi söhbət haqqında çox götür qoy edir. Yəni bütün bunları nəzərə alsaq nə yaxşı olar, elə deyil mi?

IMG_20220223_232443_768.jpg

Bu günlərdə bir söz oxudum, "İnsanlar verdiyiniz suallara aldığınız cavablar qədərdir." Biz insanları onlar özlərini bizə tanıtdıqları qədərilə tanıyırıq. Elədir, məncə də. Yeni tanış olmağına baxmayaq bəzən elə insanlar vardır ki, söhbət sanki bir-birinin ardıyca gəlir, danışdıqca qarşındakını kəşf edirsən. Özün də fərqində olmadan öz daxilinin açarını verirsən ona. Ən gözəl şeydir ruhumuza toxuna bilən insanlarla edilən söhbətlər. Hə, belə, Steemitçilər. Sizlər necə, önyarğılısınızmı insanlarla ilk tanışlıqda?

Sort:  
 2 years ago 

Məncə önyarğını beynimiz bizdən əvvəl ilk görəndə edir. Ama biz artıq bunu bildiyimiz üçün qarşısını alırıq.
Bəzən insanın söhbət etməyə yox, ruhunu anlayan birinə ehtiyacı olur. 🙂

 2 years ago 

Maraqlı yanaşmadı

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 66498.47
ETH 3469.97
USDT 1.00
SBD 2.62