Riyazi rəqqaslar
Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.
Bu formada suvenirlərə riyazi rəqqaslar deyirlər. Çoxları bunun adını bilmir. Adətən belə suvenirlər kabinetlərdə olur. İnsanlar bu cür suvenirləri, beyinləri dincəlsin, və ya fikirlərini dağıtmaq üçün, yaxud da bir rahatlıq tapmaq üçün istifadə edirlər. Biz balaca olanda rəhmətlik babam da belə bir suvenir almışdı. Oğlan turnikdə dayanmadan fırlanırdı. Çox keçmədi ki, həmişə olduğu kimi, onu da sındırdıq.