"Küçə yeməkləri"

in Steemit Azerbaijan☪✔4 years ago

Hər vaxtınız xeyirli olsun. Haqqın yanında olan hər bir kəsə salamlar olsun.

IMG_20220104_214913.jpg

"20 yanvar" metrosunun yaxınlığında yerləşən bir çox yerdə qutab, peraşki satılır. Aləm qarışıb bir-birinə. Eyni qabda ketçup, acika, düz, istiot, antisanitariya, çirkinlik baş alıb gedir. Ucuz olduğundan insanlar növbə gözləyir. Əsasən də tələbələr belə yerlərdə qutab, peraşki, dönər yeyirlər. Hələ taksi sürücülərini demirəm. İmkan vermirlər ki, metrodan çıxasan. Dilənçilər də bir tərəfdən. Fırıldaqçılar, fala baxanlar, cibgirlər... kimi desən burda görə bilərsən. Qutab, peraşki yaxşı yeməkdir, lakin beləliklə yerdə yemək düzgün deyil. Evdə bişəndə dadi daha yaxşıdır. Əvvəllər küçələrdə belə şeylər olmazdı. Qəlyanaltılar var idi. Səliqəli, təmiz olardı. Orda bişirilən qutab, peraşki də ləzzətli olardı. İndi insanların gur olduğu yerlərdə "küçə yeməkləri" o qədər çoxdur ki, nə baxan var, nə yoxlayan. Belə yeməkləri küçədə alıb yemək düzgün deyil. Ümumiyyətlə, yeməyi gərək evdə yeyəsən, çünki ən azından bilirsən nə yeyirsən, kim bişirib.

IMG_20220120_173529.jpg

Coin Marketplace

STEEM 0.04
TRX 0.32
JST 0.081
BTC 60794.22
ETH 1603.88
USDT 1.00
SBD 0.47