Kələğayı
Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.
photo
Kələğayının tarixi çox qədimdir. Kəlağayı Azərbaycanın brendidir. Kəlağayının vətəni Şəki şəhəridir. Kəlağayı ipəkdən hazırlanır. Kələğayı xanımlara çox yaraşır. Kəlağayı haqqında bir çox əfsanələr, hekayələr, nağıllar, şeirlər də var. Azərbaycan qadınlarının çox qədim zamanlardan baş örtüyü olan kələğayı, indi bütün dünyada olan qadınların marağına səbəb olub. O gün televiziyada kələğayı haqqında veriliş gedirdi. Deməli kələğayıları İngiltərədə nümayiş edirlər, orda olan xanımlar bütün kəlağayıları alırlar. Hal hazırda dünyanın hər yerində kələğayı satılır və bütün qadınlar kələğayı baş örtüyünü çox xoşlayırlar. Kəlağayı əsasən Basqal və Şəkildə istehsal olunur. Barama qurdundan əmələ gələn ipək iplərlə toxunur, sonra rənglənir və naxışları vurulur.
photo
Kələğayı bir gözəllik simvoludur. Xanımlarımıza çox yaraşır, onların gözəlliyinə bir rəng qatır. Eşitdiyimə görə əsl kələğayıları təyin etmək üçün, kələğayını üzükdən keçirirlər. Kələğayı üzükdən keçdisə, demək əsl kələğayıdır. Kələğayı hər bir qadına yaraşır. Balaca qızlardan nənələrimizə qədər hər bir xanımlar kələğayı baş örtüyündən istifadə edirdilər. Əvvəllər bir oğlan bir qızı sevəndə, qız kələğayını oğlana verəndə, oğlanın sevgisinə qarşılıq verdiyini bildirərdi. Yas məclislərində qara, toylarda isə əlvan kələğayıdan istifadə edərdilər.
Photo
Kələğayı xalqımızın sərvətidir. Çox qədim zamanlardan kələğayı toxuyub satanlar, bu gəlirlə ailələrini dolandıran bir çox insanlar olub. Hal hazırda kələğayı toxumaqla məşğul olan fabriklər var. Şəkidə, Başqalda kələğayı toxuyan və onların naxışlarını vuran insanlar hələ də bu işlə məşğul olaraq dolanırlar. Əvvəllər gəlin köçəndə də başlarına kələğayı örtərdilər. Kələğayı hal hazırda da dəbdədir və xanımlar ondan çox hallarda istifadə edirlər.