General-moyor Polad Həşimov

in Steemit Azerbaijan☪✔4 years ago

Hər vaxtınız xeyirli olsun.

IMG_20211129_190953.jpg

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid generalımız Polad Həşimovun doğum günüdür. Allah rəhmət eləsin, ruhu şad olsun. Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəb birinci sinifinə qəbul olmuş və 1986-cı ilə qədər orada təhsil almışdır.

IMG_20220102_165241.jpg

1992-ci il avqustun 1-də Bakı Ali Komandalıq Məktəbinə daxil olub və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir. Polad Həşimov 2014-cü ilin iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olur və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alır. Polad Həşimov 1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır.
Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyat zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun komandir müavini-Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona tapşırılmışdır. Ali Baş Komandan tərəfindən 3-cu dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edilmişdir. 2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev 1286 nömrəli sərəncama əsasən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilmişdir. General-mayor Polad Həşimov 2020-il İyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid oldu. Allah qəni-qəni rəhmət eləsin. Allah Səmayə anaya səbr versin. Polad Həşimov 20-dən çox müxtəlif medal və ordenlərlə təltif edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrail oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Polad Həşimov hər zaman Azərbaycanın igid, qorxmaz, mərd, qəhrəman, sevilən bir komandan kimi tarixdə və yaddaşlarda qalacaq.

Coin Marketplace

STEEM 0.04
TRX 0.31
JST 0.073
BTC 63644.68
ETH 1673.33
USDT 1.00
SBD 0.42