Deyirlər qar yağacaq

in Steemit Azerbaijan☪✔4 years ago

Hər vaxtınız xeyirli olsun.

IMG_20220120_144317.jpg

Dedilər, dedilər axır ki, qarı gətirdilər. Neçə vaxtdır xəbərlər qarın yağmasından, son 30 ilin ən soyuq havalarının keçməsindən xəbər verirdi. Gozunüz aydın qar yağdı. Ancaq yalançı qara oxşayır. Bir az yağıb dayanacaq. Şaxta olmadığına görə yerdə qalmır. Sulu qardır. Qar da yağmalıdır, ancaq bizdə bir gün qar yağır, qalan günlər hər yer palçıq olur. Ümumiyyətlə, qar kasıba sərf eləmir. İmkanlı adamın nə vecinə, oturur evində, yeməyi, içməyi də qabağinda. Vay kasıbın halına. Bu soyuqda işə getməlidir, işləməlidir, dayanacaqda marşrut gözləməlidir, istanıb özünü güclə evə çatdırmalıdır. Allah köməyiniz olsun. Kasıbın pulu olmasa da, onu qoruyan, saxlayan, doyuran gözəl Allahı var.

IMG_20220120_144416.jpg

Coin Marketplace

STEEM 0.04
TRX 0.33
JST 0.098
BTC 62921.37
ETH 1741.53
USDT 1.00
SBD 0.39