Baytar həkimi

in Steemit Azerbaijan☪✔4 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

vh1qhprqr3nhhdextbsfmzb3b4iafaffu8rbxvbh.336x231.jpgphoto
Baytar həkimi olmaq çox çətindir. Dilsiz, ağılsız heyvan necə anlatsın ki, harası ağrayır? Baytar həkiminin bu dilsiz, ağılsız heyvanların dilini də bilməsi lazımdır. Ona görə deyirəm ki, baytar həkimi olmaq çox çətindir. Bir dəfə başıma gəlib. 15-20 il bundan qabaq heyvan saxlayırdıq. Bir gün danalardan biri xəstələndi, amma nə edəcəyimi, bilmirdim. Ora, bura zəng elədim, axır ki, bir baytar həkiminin telefon nömrəsini tapdım. Tez zəng elədim və gedib onu gətirdim. Həkim dananın o üzünə, bu üzünə baxdı. Dananın hansı xəstəliyə tutulduğunu təyin edib dedi ki, get mən deyən şeyləri al tez gətir. Tez gedib həkimin dediklərini alıb gətirdim.

jbm6tfqv35ao7vjymigpal5kxrycedlga3ljqlkb.336x231.jpgphoto
Həkim çox təcrübəli idi. Bir litr süd ilə, bir litr bitki yağını qarışdırıb danaya içirdi. Sonra da yanına bir neçə iynə vurdu. Səhər gəlib eyni şeyi təkrar elədi. 2-3 günün ərzində dana sağaldı. Həkim olmasaydı dana öləcəkdi. Onda başa düşdüm ki, heyvanların da həkimi olmalıdır.

7ybmx21edmcyyr8s1aeprdnk88rw9xbimbnb1clz.336x231.jpgphoto
Bəzən həkimlər baytar həkiminə yuxardan aşağı baxırlar, lakin başa düşmək lazımdır ki, həkim olmaq asandır, adam olmaq çətindir. Heyvanı da, insanı da Allah yaradıb. İnsan Allaha əmanət, heyvan isə insana əmanətdir. Necə ki, Allah bizi qoruyur, biz də gərək heyvanları qoruyaq.

153854666_3773160699431689_5136114146918446111_o.336x231.jpgphoto

Coin Marketplace

STEEM 0.05
TRX 0.33
JST 0.079
BTC 62490.60
ETH 1674.10
USDT 1.00
SBD 0.47